2 C
Baku
Sunday, December 15, 2024

Milyarder Cek Ma Hindistan məhkəməsinə çağrılıb

“Alibaba” şirkətinin rəhbəri Cek Ma (milyarderlərin qlobal reytinqində 17-ci yer tutur; sərvəti 38,8 milyard dollar təşkil edir) Hindistan məhkəməsinə çağrılıb.

Banker.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən “Reuters” məlumat verib.

Bildirildiyi kimi, iddia Çin korporasiyasının törəmə şirkətinin keçmiş işçisi (Sinqh Parpar) tərəfindən qaldırılıb. Puşpandra Sinqh Parpar qeyd edir ki, onun əvvəllər işlədiyi şirkət (UC Web) öz tətbiqlərində “ictimai və siyasi iğtişaşları təşviq etmək” məqsədini daşıyan saxta məlumatlar dərc edib. Bundan əlavə, Sinqh Parpar saxta məlumatların dərc edilməsinə qarşı olduğuna görə işdən çıxarıldığını iddia edib. İndi 2017-ci ilin oktyabr ayına qədər UC-nin veb ofisinin direktor köməkçisi vəzifəsində çalışmış Parmar, milyarderdən 268 min dollar kompensasiya tələb edir.

200-dən çox səhifədən ibarət olan bu iddiada, aşağıdakı saxta məlumatlar öz əksini tapıb: 2017-ci ildə 2000 rupi əskinasın ləğv ediləcəyi; 2018-ci ildə Hindistan və Pakistan arasında müharibənin başlayacağı və digərləri.

Xatırladaq ki, iddia Hindistan hökumətinin Çinin 59 tətbiqetməsini blok etməsindən sonra qaldırılıb (UC News və UC Browser daxil olmaqla). Bu hadisədən sonra “UC Web” Hindistan mənşəli işçilərini işdən çıxarmağa başlayıb.

Məhkəmə “Alibaba” və onun menecerlərindən bu iddiaya 30 gün ərzində yazılı şəkildə cavab vermələrini tələb edib.

Son xəbərlər
Digər xəbərlər