Təvəllüd: 1940
Vətəndaşlıq: ABŞ
Bioqrafiya
2004-cü ildə Forbes planetin ən varlı insanları reytinqində Devid Koxu 116-ci yerə layiq görmüşdü. Həmin dövrdə onun sərvəti təxminən 3,1 milyard dollar təşkil edirdi.
Devidə məxsus olan və Koloradoda yerləşən iqamətgahında qonaqpərvər ev yiyəsi hər il yeni il ərəfəsində minlərlə qonaq qəbul edir.
Devid Kox amerikalı biznesmen, siyasi xadim və mühəndisdir. Onun atası Fred Kox Koch Industries şirkətinin təsisçisi olmuşdur. Devid Kox öz qardaşı Çarlz ilə birlikdə Koch Industries holdinqinin sahibi və icraçı vitse- prezidentidir. Koch Industries ABŞ-da ölçüsünə görə ikinci ən böyük şirkətdir. 2010-cu ildə Devid Kox Nyu- Yorkun ikinci ən varlı insanıdır.
Kox Uiçitedə, Kanzas ştatında anadan olmuşdr. Onun atası Fred Kox da mühəndis idi.
Devid 1959-cu ildə Massaçusetsda Deerfield Academy məktəbində təhsil almışdı. Daha sonra Devid Massaçusets texnoloji universitetində təhsilini davam etdirib, bakalavr (1962) və kimya texnologiyası üzrə magistr dərəcəsinə (1963) layiq görülmüşdü.
Devid Kox neft emal edən və digər zavodlara investisiya edir.
Kox Corc Meyson Universitetində Humanitar Tədqiqatlar İnstitutunda təhsil və elmi- tədqiqat proqramlarını maliyyələşdirir. Bugünkü gündə onun sərvəti 22,5 milyard dollar olaraq qiymətləndirilir.
Devid Kox ailəlidir və onun üç övladı var.