10 C
Baku
Thursday, December 12, 2024

Milyarder Donald Trumpdan ən yaxşı məsləhətlər

Amerikalı milyarder Donald Trumpın artıq 67 yaşı olsa da, o yeni-yeni ideyalar yaratmaqda davam edir. “Kapitalizm nəhəngi” olan bu şəxsə yalnızca həsəd aparmaq olar. Böyük biznes imperiyası yaratmaqla yanaşı, Trump öz “Namizəd” adlı reality-şousunun da aparıcısı kimi məşhurluq qazanıb.

Biznesmen, yazıçı, məşhur aparıcı – bir insan bütün bu işlərlə necə məşğul ola və daim uğur qazana bilər. Lakin onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Donald Trump hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır.

Onun bir neçə məsləhətləri ilə tanış olaq:

Hər zaman öz qəzəbinizin səbəbini öyrənməyə çalışın: bu sizin işiniz üçün mütləq olsa da, bəzən vəziyyəti anlamağınıza maneə törədir.

Mən heç vaxt istəməmişəm ki, mənim şirkətimdə işləmək arzusunda olmayan bir insan mənim üçün işləsin: siz də belə etməlisiniz, xoşunuza gəlməyən yerdə işləməyin.

Heç vaxt məzuniyyət götürməyin. Bu nəyinizə lazımdır? Əgər işiniz sizə zövq vermirsə, demək sizə lazım olmayan yerdə işləyirsiniz. Mən hətta qolf oynaya-oynaya biznesimi davam etdirirəm.

Pis dövrlər çox vaxt əla imkanlar qazandırır.

Maliyyə uğuru üçün əla bir ideya düşünüb onu reallaşdırmamaq kimi daha dəhşətli bir cinayət yoxdur.

Hər zaman bir sadə qaydanı yadda saxlayın: sahib olmaq istədiyiniz iş üçün yaxşı geyinmək lazımdır, hazırda işlədiyiniz üçün yox.

Əslində dünya qəddar, insanlar isə amansızdırlar. Onlar üzünüzə gülümsəyə və bu təbəssümün arxasında sizi öldürmək arzularını gizlədə bilərlər.  Cəngəlliklərdə yırtıcı heyvanlar həyatda qalmaq üçün öldürürlər. Yalnız insanlar bunu əyləncə üçün kimisə qətlə yetirirlər.

Nə qədər ağıllı olduğunuz, təhsilinizin nə qədər ali olduğu və təcrübənizin nə qədər geniş olduğu vacib deyil. O dərəcədə müdrik olmaq mümkün deyil ki, tək başına uğurlu biznes qurasan. Baxın, qulaq asın və öyrənin. Siz hər şeyi bilə bilməzsiniz. Kim belə düşünürsə, yaxşı olmağa məhkumdur.

Son xəbərlər
Digər xəbərlər