12 C
Baku
Saturday, November 23, 2024

Mənbə: Milyarder Fərhad Əhmədov DTX tərəfindən saxlanılıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tanınmış iş adamı Fərhad Əhmədov saxlanılıb.

Banker.az bu barədə Media.az-a istinadən xəbər verir.

Bildirilir ki, bir neçə gün əvvəl iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.

Qeyd olunur ki, Fərhad Əhmədov Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb.

O, istintaq şöbəsində ifadə verib. Milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik götürülüb.

Hazırda onun barəsində araşdırma aparılır. Hələki bununla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, F. Əhmədov təbii meyvə şirələri istehsalçısı olan “AzNar” şirkətinin rəhbəridir. İş adamı 1.7 milyard dollar sərvəti ilə “Forbes”un 2022-ci il üçün rus milyarderləri siyahısında 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan ən zəngin rusiyalılar siyahısına daxil edilib.

Son xəbərlər
Digər xəbərlər