-3 C
Baku
Sunday, December 15, 2024

Milyarder Lesli Veksner “Victoria’s Secret” brendini satmağı düşünür

Milyarder Lesli Veksner “Victoria’s Secret” brendini satılması haqqında düşünür.

Banker.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumat verib.

İllik satışları 7 milyard dollara yaxın olan bu marka uzun müddət ərzində Amerikanın alt geyim bazarında üstün mövqe tutsa da, son bir neçə ildə göstəricilərin aşağı düşməsi ilə üzləşir. Şirkət yaxın həftələrdə bununla bağlı qərar qəbul edəcəyinə ümid edir.

“Forbes Real-Time” reytinqinin verdiyi məlumata görə, 82 yaşlı Veksner dünyanın ən zəngin adamları sırasında 413-cü yer alır, sərvəti isə 4,5 milyard dollar təşkil edir. S&P 500 indeksinə (ən yüksək kapitallaşmaya sahib olan şirkətlərin indeksi)  daxil olan şirkətlər arasında Veksner ən uzunömürlü baş direktorlardan biridir. O, karyerasına 1963-cü ildə, “The Limited” şəbəkəsinin qurmasından başlayıb. Bu gün Veksner “L Brands” ın ən böyük səhmdarlarından biridir (payı 17% təşkil edir). 1982-ci ildə “Victoria’s Secret” brendini satın aldığı dövrdə, şirkət San-Fransiskoda yerləşən cəmi bir neçə mağazalar şəbəkəsindən ibarət idi.

Son xəbərlər
Digər xəbərlər