26 C
Baku
Saturday, July 27, 2024

Milyarder Ray Dalio: “Koronavirusun dünya bazarlarına təsiri şişirdilib”

Milyarder və “Bridgewater Associates” fondunun təsisçisi Ray Dalio koronavirus epidemiyasının yayılması məsələsini və onun dünya bazarlarına təsirini şişirdilmiş hesab edir.

Onun sözlərinə görə, rifah boşluğu və siyasi mübahisələr daha vacib problemlərdir.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, “Çox güman ki, bir və ya iki il sonra koronavirus haqqında heç kim danışmayacaq”, – deyə Dalio Abu-Dabidə keçirilən konfransda bildirib.

Xatırladaq ki, koronavirusa yoluxan insanların sayı durmadan artır, Çində fəaliyyət göstərən müəssisələr işini dayandırır, aviareyslər ləğv edilir.

Buna baxmayaraq, milyarderin fikrincə, sərmayədarlar Asiya şirkətlərinin səhmlərindən deyil, siyasi mübahisələr və insanların rifah səviyyəsi arasındakı fərq kimi problemlərdən narahat olmalıdırlar.

Qeyd edək ki, Ray Dalio dünyanın ən zəngin insanları sırasında 57-ci yerdədir və onun sərvəti 18,4 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər