9 C
Baku
Thursday, December 12, 2024

Milyarder Richard Branson: müvəffəqiyyətin 8 qaydası

Richard Branson – demək olar ki, bütün parametrlər üzrə müvəffəqiyyətli insanlardan biridir. Milyarder öz biznesinə yeniyetmə dövründə başlayıb. 20 yaşında o biznes qurur, 22 yaşında isə artıq mağazalar şəbəkəsinin sahibi olur. 

Həmin dövrdən bəri, Branson, bir sıra konqlomerat və şirkət təsis etmişdir: “Virgin Records”, “Virgin Express”, “Virgin Mobile”, “Virgin Hotels”, və  “Virgin Galactic”. Sizə elə gələ bilər ki, o, həmişə xoşbəxtdir. 

Richard Branson-un müvəffəqiyyətə dair verdiyi 8 məsləhətə nəzər yetirək. 

  1. Müvəffəqiyyətinizi qazandığınız pulun miqdarı ilə ölçməyin

Çox vaxt insanlar öz müvəffəqiyyətini qazandıqları pulun miqdarı ilə ölçürlər. Branson hesab edir ki, əgər sevdiyimiz bir işlə məşğul oluruqsa və həyatdan zövq alırıqsa, pul bizi nə vaxtsa özü gəlib tapacaq. 

O, LinkedIn Page -dəki məqaləsində yazır: “Sahibkarın müvəffəqiyyəti pul ilə ölçülmür. Bu belə deyil və belə olmamalıdır. Mən heç vaxt öz işimdə pul qazanmaq məqsədini güdməmişəm”. 

Həyatınızda nələrə nail olmağınız vacib deyil, gələcəkdə edə biləcəyiniz hələ çox şey var. Müvəffəqiyyət – dəyişən məqsəddir, bizi inkişaf etməyə sövq edən səbəbdir. 

  1. Qadjetlərdən uzaqlaşın və şəxsi ünsiyyətə diqqət edin

Hər birimiz kimi Branson da texnologiyaları çox sevir. Bununla yanaşı, o, xüsusilə sevdikləri ilə ünsiyyətə gəldikdə, onların istifadə hüdudlarını da görür.

Heç bir şey şəxsi ünsiyyəti əvəz edə bilməz,  milyarder hesab edir ki, belə anlarda bütün qadjetlərdən uzaqlaşmaq lazımdır. 

Branson bütün diqqətini həmsöhbət olduğu şəxs üzərində cəmləşdirməyə çalışır. Bu zaman o, cib telefonunu kənara qoyur.

Richard Branson qeyd edir ki, öz ailəsi ilə vaxt keçirdiyi zaman qadjetlərdən istifadə etmir və digər insanlara da bunu tövsiyə edir. 

“Biz həyatımızda daha çox var ola bilərik. Mən inanıram ki, xoşbəxtliyi hiss etmək üçün həyatın hər anını hiss etmək lazımdır. 

  1. Məşğulun olduğunuz işdən zövq alın

Əgər işinizdən zövq ala bilmirsinizsə, deməli nəyisə düz etmirsiniz. 

Etdiyiniz hər bir şeydə zövq almaq imkanını tapın, həyatınıza dəyər verin. 

Başqa sözlə desək, həyat üçün işləmək əvəzinə, işləmək üçün yaşamalısınız. İş maraqlı olmalı və zövq verməlidir. 

Sevinc – çox vacibdir və çox vaxt biz ona düzgün qiymət vermirik. Unutmayın ki, sevinc müvəffəqiyyətin ən vacib tərkib hissələrindən biridir”, – deyə Branson “The Virgin Way: Everything I Know About Leadership” kitabında yazır. 

Milyarder əlavə edir: “Əgər sevinc hissini duya bilmirsinizsə, demək irəliyə doğru getməyin vaxtı gəlib çatıb”. 

Həyatınızı nifrət etdiyiniz bir şeyə xərcləməyin. 

  1. Sizi evdən çıxmağa məcbur edəcək hobbi tapın

Branson-un fikrincə, müvəffəqiyyətin əsas qaydalarından biri də hobbidir. Əgər gün ərzində təmiz havaya çıxırsınızsa, stress və narahatlıq kimi problemlərdən əziyyət çəkməyəcəksiniz. 

Branson qeyd edir ki, bu, əhval-ruhiyyəni qaldırmağın ən rahat və asan  üsuludur. 

Piyada gəzərək və ya velosiped sürərək milyarder özünü enerji ilə təmin edir. 

Siz gəzintiyə itinizlə birlikdə və ya tək gedib ulduzlu səmaya baxaraq zövq ala bilərsiniz. 

  1. Daha böyük bir şey haqqında xəyal qurun

Bir dəfəsində Branson yazmışdır: “Daha böyük bir şey haqqında xəyal qurun və bu dünyanı inanılmaz bir macəraya aparmaq imkanını əldə edəcəksiniz”. 

Branson-un müvəffəqiyyəti ilk baxışdan mümkünsüz kimi görünən xəyaldan başlamışdır. 

Şirkət quranda və musiqi sənayesinə daxil olduqda onun 20 yaşı var idi. 

Branson-a deyirdilər ki, o heç nəyə nail ola bilməyəcək. 

Onun müvəffəqiyyət qazanacağına dair heç bir zəmanət yox idi, gənc sahibkarı arzular motivasiya edirdi. 

Əgər xəyal qurmasanız, nəyə qadir olduğunuzu heç vaxt öyrənə bilməyəcəksiniz. 

  1. Hər zaman öyrənin

İnsan həyatı boyu yeni biliklər əldə etməli və müdrikliyini inkişaf elətdirməlidir. 

Branson ali təhsil almayıb, lakin hər zaman yeni bilikləri əldə etməyə davam edib. 

O, hər gün yeni bir şey öyrənməyə çalışır və üzləşdiyi situasiyalardan dərs götürür. 

Milyarderin sözlərinə görə, çox da məlumatlı olmadığın bir sahədə nələrəsə başladıqda, çox şey öyrənmiş olurlar. 

Diqqətinizi tədris prosesi üzərində cəmləşdirin, yeni tanışlıqlar əldə etmək imkanından yararlanın. 

“Başa düşmək lazımdır ki, nə isə bilməməyiniz vacib deyil, çünki hər an nələrisə öyrənə bilərsiniz. Fürsətlərdən istifadə edin və tərəddüd etməyin”, – deyə Branson öz bloqunda yazır. 

  1. Yeni cəhdlərdən qorxmayın

Branson yeni konseptlərdən, ideyalardan və ya məqsədlərdən heç vaxt qorxmayıb. Məhz buna görə də, “Virgin Group” şirkəti hal-hazırda özündə 200-dən çox fərqli-fərqli şirkətləri birləşdirən bir imperiyaya çevrilmiş olub. 

Branson yalnız bir fəaliyyət sahəsi ilə kifayətlənməyib. O yeni bir şeylər üçün hər zaman açıqdır. 

Branson insanları komfort zonasından çıxmağa çağırır. Bu, nəyə qadir olduğunuzu görməyin yeganə üsuludur. 

  1. Xoşbəxtliyi vərdiş halına çevirin

Həyatınızın hər anında xoşbəxtliyi hiss edin. Xoşbəxtlik – müvəffəqiyyətin nəticəsi deyil. Lakin daxildən gələn xoşbəxtli, sizə müvəffəqiyyətə aparan yolda kömək edəcək. 

“Mənin həyatım qeyri-adidir. Çox insan elə düşünür ki, mən öz xoşbəxtliyimi qurduğum biznesdə və qazandığım pulda tapıram. Hər şey tam əksinədir. Mən xoşbəxt olduğum üçün müvəffəqiyyətliyəm”, – Branson öz bloqunda yazır. 

Branson-un fikrincə, xoşbəxtliyin dalınca qaçmaq lazım deyil, sanki o uzaq və əlçatmaz bir məqsəddir. Xoşbəxtlik sizin yanınızdadır, onu sadəcə tanımaq lazımdır. 

“Dayanın və nəfəs alın. Sağlam olun. Öz dostlarınız və ailəniz ilə vaxt keçirin. Cəsarətli olun. Sadəcə bir dəqiqə”, – o deyir. 

Son xəbərlər
Digər xəbərlər