99 yaşlı amerikalı milyarder Devid Rokfellerə 6-cı dəfə uğurla yeni ürək köçürülməsi üzrə əməliyyat həyata keçirildi. Bu haqda məlumat World News Daily Report-a əsasən verilmişdir.
Ürək transplantasiyası əməliyyatı 6 saat davam etmişdir. Əməliyyat biznesmenin Nyu-Yorkdakı imarətində həyata keçirilib. O 200 il yaşamaq niyyətindədir.
Rokfellerə ilk dəfə ürək əməliyyatı 1976-cı ildə avtomobil qəzasından sonra edilmişdi. 99 yaşlı biznesmen əməliyyatdan 36 saat sonra jurnalistləri qəbul edə bilmişdi.
O demişdir: “Hər dəfə yeni ürək qazandıqda, həyatın nəfəsini yenidən duyuram”.
Milyarder özünün uzunömürlülük sirri ilə bağlı suala cavab olaraq bildirmişdir: “İnsanlar tez-tez bu sualı mənə verirlər və mən hər dəfə eyni cavabı verirəm: həyata qarşı olan sevgim, sadə həyat yaşamaq, uşaqlarla oynamaq, sahib olduğun şeylərdən məmnunluq duymaq, zamanı yaxşı və sadiq dostların əhatəsində keçirmək”.