16 C
Baku
Saturday, November 2, 2024

Milyarder Trampın prezidentlikdən getməsinə $40 milyon xərcləməyə hazırdır

Milyarder ABŞ prezidenti Donald Tramp barəsində impiçment elan olunaraq, prezident kürsüsündən getməsi üçün 40 milyon dollar xərcləməyə hazırdır

Banker.az bildirir ki, bu barədə “The New York Times” qəzeti yazır.

İndiyədək Donald Tramp barəsində impiçment elan olunması üçün 20 milyon dollardan artıq vəsait xərcləyən milyarder Tom Steyer mübarizəsinin əsas hədəfi 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək deyilmiş.

Bir sıra siaysi şərhçilər 2018-ci ilin oktyabrından etibarən Donald Tramp barəsində impiçment qoyulması kampaniyasına başlayan 61 yaşlı “Farallon Capital” İnvestisiya firmasının yaradıcısı, milyarder Tom Steyerin əsas hədəfinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdir və kampaniyanı da məhz buna görə başlayıb. Çünki milyarder Steyer ABŞ-ın bütün ştatlarındakı telekanlallarda prezident Donald Trampın fəaliyyətini tənqid edən “ölkəni nüvə maharibəsi ilə üz-üzə qoyub”, “konstitusiyanı pozaraq, xarici ölkələrdən pul alıb və mətbuatın fəaliyyətini dayandırmaqla hədələyib” kimi rolikləri nümayiş etdirib.

Siyasi şərhçilər onun bu fəaliyyətini nəzərə alaraq milyarderin növbəti seçkiləri hazırlığı kimi dəyərləndirib. Hətta o, seçkiöncəsi qərargah yaradaraq, ora seçkiqabağı menecer də təyin edib. Lakin Steyer bu günlərdə öz köməkçilərinə 2020-ci ildə keçriləck seçkilərdə Ağ Ev rəhbərliyi uğrunda mübarizə aparmayacağını bəyan edib. O deyib ki, Tramp barəsində impiçment elan olunması istiqamətindəki fəaliyyətini davam etdirəcək. Milyarder bu məqsədlə 2019-cu ildə 40 milyon dollar xərcləməyə də hazır olduğunu bildirib.

Trampın qəti əleyhdarı olan Steyer hələ 2016-ci ildə Demokratlar partiyasının prezident seçkilərindəki namizədinin qələbə çalması üçün 100 milyon dollaradək xərcləyib.

Bundan əlavə, Steyer ötən il demokratlara Konqresə keçirilən aralıq seçkidə 30 milyon dollar xərcləyib.

“Forbes” jurnalı Tom Steyerin varidatını 1,6 milyard dollar həcmində dəyərləndirir.

MənbəAvropainfo
Son xəbərlər
Digər xəbərlər