20 C
Baku
Friday, September 20, 2024

Milyarderin yaratdığı fondun Macarıstandakı ofisi bağlandı, başqa ölkəyə köçür

ABŞ milyarderi Corc Sorosun əsasını qoyduğu və maliyyələşdirdiyi “Açıq Cəmiyyət” Fondu (Soros Fondu) Macarıstandakı ofisini bağlayaraq, Almaniyanın Berlin şəhərinə köçüb.

Banker.az Report-a istindaən xəbər verir ki, bunu Soros Fondunun Berlin bölməsinin yeni direktoru Qoran Buldioski bildirib.

Ofisin 80 əməkdaşı ailə üzvləri ilə birlikdə Budapeştdən çıxaraq Almaniyanın paytaxtına yerləşib.

Məlumata görə, Macarıstan hökuməti “xarici agent” adlandıraraq, fəaliyyətinə məhdudiyyət tətbiq etdikdən sonra “Açıq Cəmiyyət” İnstitutu bu ölkədəki ofisini bağlayıb.

Macarıstanın Baş naziri Viktor Orban dəfələrlə Soros Fondunu tənqid edib. O, təşkilatı Macarıstanda siyasi proseslərə müdaxilədə və liberal müxalifəti dəstəkləməkdə günahlandırıb.

Son xəbərlər
Digər xəbərlər