Milyarderlər 2020-ci il böhranına hazırlaşırlar

0

2020-ci ildə ailə ofislərinin (family office) yarıdan çoxunu (55%) tənəzzül gözləyir. Onların proqnozlarına görə, dünya maliyyə bazarlarında eniş 2020-ci ilin sonuna qədər başlayacaq.

Bunlar İsveçrənin UBS bankı və “Campden Wealth” araşdırma şirkəti tərəfindən aparılan sorğunun nəticələridir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.

Orta hesabla “family office” dəyəri 917 milyon dollar olan səhmləri idarə edirlər. Sorğu 2019-cu ilin birinci yarısında keçirilmişdir. Respondentlərdən  son 12 ayın göstəricilərini qiymətləndirmələri tələb olunurdu.

“Family office” lərin iksindən biri (45%) artıq böhrana hazırlaşmağa və mümkün itkiləri azaltmaq üçün investisiya strategiyalarını korreksiya etməyə başlayıb. Respondentlərin 42%-i yaxınlaşan böhranda investisiya qoymaq üçün yeni imkanlar görür və onlardan istifadə edərək keş ehtiyatlarını artırmaq niyyətindədir.

Tədqiqata görə, birbaşa investisiyalar, “hedge” fondlarına və daşınmaz əmlaka qoyulan investisiyalar ailə ofislərinin orta portfelinin təxminən 40% -ni təşkil edir – bu dövlət pensiya fondlarından xeyli çoxdur.

Mənfi geosiyasi amillər arasında Brexit (63%) və həmçinin ABŞ və Çin arasında gedən ticarət müharibəsi (90%) göstərilir.