Milyarderlərin hər gün etdiyi 6 şey

1. İş ilə əlaqəli olmayan kitablar oxumaq

Kitab oxumağın bir çox faydaları var. Bu, ətrafınızdakı dünyaya fərqli baxış bucağı ilə yanaşmağa imkan verir. Eyni zamanda kitablar özünü digər insanın yerinə qoymaq qabiliyyətini inkişaf etdirir ki, bu da həqiqi lider üçün çox önəmlidir. Və ümumiyyətlər, səriştənizdən kənara çıxan yeni biliklər əldə etmək faydalıdır.

Məsələn, sahibkar və mühəndis İlon Mask oxu siyahısına mütləq fantastika və bioqrafiya üslubunda əsərləri daxil edir. Milyarder Rolling Stone jurnalına verdiyi müsahibədə deyib: “Məni kitablar tərbiyə edib. İlk növbədə kitablar, sonra valideynlər.

2. Komfort zonasından çıxmaq

Sizin üçün qeyri-mümkün görünən işi görmək azadlığından istifadə edin. Bu, inkişafınızın əlamətidir. Əks təqdirdə, çox şey əldə edə bilməyəcəksiniz. İctimaiyyət qarşısında çıxış etməkdən xoşunuz gəlmirsə, növbəti görüşdə dialoqa birinci başlayın. Sadəcə bunu edin və özünüzü daha rahat hiss edəcəksiniz.

Qorxu və inkişaf bir yerdə mövcud ola bilməz. Onlardan birindən imtina etməli olacaqsınız.

Facebook-un qurucusu Mark Zuckerberg putunxuanı öyrənmək bir neçə il vaxtını xərclədi. O, məğlub olmadı və indi bu dildə çox yaxşı danışmağı bacarır.

3. İdmanla məşğul olmaq

“Zəngin insanların vərdişləri” kitabının müəllifi Tom Korli beş il ərzində müvəffəqiyyətli şəxslərin gündəlik rituallarını və qrafikini araşdırdı. O, bütün zəngin insanların fiziki hərəkətlərlə məşğul olduğunu müşahidə etdi. Məsələn, Richard Branson, Oprah Winfrey və digərləri hər gün idman edir.

This is Why Self-Made Millionaires Exercise Aerobically jurnalının verdiyi məlumata görə, hər gün qaçış və ya digər aerob hərəkətlər etməyə öyrəşən Korli idman edən insanların bir neçə müsbət cəhətini fərqləndirir: daha yüksək IQ səviyyəsi, özünəinam, daha güclü enerji.

Bundan əlavə, idman ömrünüzü əhəmiyyətli dərəcədə uzadacaq.

4. Başqalarına kömək etmək

Uğura təkbaşına nail olmaq ideyası – mifdir. Uğurlu insanlar köməyin nə qədər vacib olduğunu başa düşürlər. Xüsusilə ehtiyacı olanlar üçün.

2010-cu ildə Microsoft-un qurucusu Bill Gates və onun həyat yoldaşı Melinda “Bağışlama andı” adlı xeyriyyəçilik kampaniyasına başlayıblar. Bu kampaniyada iştirak edən insanlar sərvətlərinin ən az yarısını xeyriyyəyə sərf etməyə söz verirlər. Məsələn, yoxsulluqla mübarizədə və səhiyyənin inkişafında iştirak edirlər.

Kiməsə kömək etmək üçün özünüzü çox məşğul hesab edirsinizsə, bu halda uğurlu olmaq üçün də vaxtınız olmayacaq. Mütləq deyil ki, xeyriyyəyə böyük məbləğlər ayırasınız. Sadədən başlayın: həmkarlarınıza işi yerinə yetirməyə və ya yaşlı insana ağır paketləri evə aparmağa kömək edin.

5. Daim müqavimət göstərmək

Basketbolçu Michael Jordan bir dəfə deyib: “Mən qalib gəlmək üçün oynayıram, – məşq və ya real matç zamanı. Və heç bir şeyin mənə mane olmasına icazə verməyəcəyəm”. O, uzun bir yol qət etdi: Jordan məktəbdəki basketbol komandasından qovuldu, bu ona peşəkar basketbolçu və tarixin ən çox qazanan idmançısı olmağa mane olmadı.

Bağışlamağı və şikayət etməməyi öyrənin: onlar sizi çox ləngidə bilər. Lakin rəqibləriniz və tənqidçiləriniz tərəfindən tanınmaq istəmək güclü motivasiyadır. O sizi uğur qazanmaq üçün lazım olan hər şey etməyə məcbur edəcək.

6. Tez-tez təmiz havada gəzmək

Amerika Psixologiya Assosiasiyası tərəfindən aparılan araşdırma açıq havada idmanın yaradıcılığı artırdığını və problemi həll etmə bacarıqlarını inkişaf etdirdiyini sübut edib.

İş yerinizdə yeni ideyalar yaratmaq bacarığı vacibdirsə, ofisdən çıxmağınız sizin üçün faydalı olacaq. Bunu daha tez-tez edin.

Korporativ rəhbərlər iş görüşmələrini piyada keçirməyi sevirlər. Mark Zuckerberg, Richard Branson, Sundar Pichai və digərləri bunu tətbiq edir. Buna görə smartfonunuzu kənara qoyun – həyətə çıxın, hava alın və sadəcə düşünün.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.