Bloomberg agentliyinin verdiyi məlumata görə, dünyanın 400 varlı insanı 29 iyun tarixində indekslərin enməsi səbəbindən 70 milyard dollar həcmində məbləğ itirmişlər.
Verilən məlumatlara görə, ümumilikdə bu şəxslər 4,3 trilyon dolları idarə edir ki, bu da Almaniyanın ÜDM həcmini demək olar ki, 400 milyard dollar geridə qoyur.
Bloomberg Billionaires Index milyarder reytinqinin məlumatlarına görə, orta zərər həddi 1 zəngin şəxs üçün 175 milyon dollar təşkil edir. Lakin zərər bərabər şəkildə paylanmayıb.
Ən böyük zərərlə üzləşən şəxs Avropanın ən varlı şəxsi hesab edilən Amansio Orteqadır. Onun itirdiyi mbləğ 2,2 milyard dollar təşkil edir.
Bundan əlavə, itki həcminə görə ikinci yerdə Warren Buffet (1,6 milyard dollar), üçüncü yerdə Bill Gates (1,4 milyard dollar) qərarlaşmışdır.