Beşillik mütəmadi artımdan sonra 2018-ci ildə milyarderlərin ümumi varidatı 8,5 trilyon dollar azalıb. Buna güclü dollar və valyuta fondlarının qeyri-sabitliyi səbəb olub.
Bu barədə məlumat İsveçrənin UBS bankının və “PricewaterhouseCoopers” (PwC) beynəlxalq konsaltinq kompaniyaları şəbəkəsinin məruzəsində öz əksini tapıb.
Bununla yanaşı, sənəddə dünyanın müxtəlif regionlarında vəziyyətin eyni olmadığı bildirilir. Asiyada beş il davam edən nəzərəçarpacaq artımdan sonra milyarderlərin var-dövlətinin azalması, Şimali və Cənubi Amerikada isə bir qədər artması müşahidə olunur. Belə ki, iqtisadiyyatın digər sahələrində çalışan sahibkarlardan fərqli olaraq, işgüzar maraqları texnologiya sektoruna cəmlənən amerikalı milyarderlər ötən il böyük uğurlara imza atıb.
Məruzədə, həmçinin qeyd olunur ki, ötən beş ildə dünyada qadın milyarderlərin sayı 46 faiz artıb.
©Azərtac