Sizə dünya zənginlərinin elit klubunu təqdim edirik –bu 15 biznesmen xeyriyyə məqsədi ilə öz sərvətlərinin 1 milyarddan çox hissəsini sərf etmişlər.
2012-ci il 30 oktyabr tarixində Walt Disney kompaniyası məşhur rejissor və milyarder Corc Lukas tərəfindən yaradılmış Lucasfilms şirkətini almaq barədə qərarını açıqladı. Həyatını sərf etmiş olduğu bu film kompaniyasının müqabilində Lukas 4,05 milyard dollar nağd pul və üstəgəl Disneyin səhmlərini də alacaq. Bununla yanaşı sövdənin imzalanmasından sonra Lukas əldə edilən vəsaitin böyük bir qismini xeyriyyəçiliyə bağışlamaq qərarına gəldiyini söyləyib. Lukas artıq sözünü demiş, müəyyən qədər staja malik bir xeyriyyəçidir. Hələ 2010-ci ildə o Bill Qeyts və Uorren Baffetin Giving Pledge təşkilatı ilə müqavilə imzalayaraq, ölümündən sonra öz varidatının yarıdan çox hissəsini xeyriyyə fonduna vəsiyyət edəcəyini təsbit etmişdi.
Əgər Lukas bu ənənəni davam etdirsə, çox güman ki, o xeyriyyəçiliyə 1 milyarddan çox vəsait sərf etmiş dünyanın ən zəngin insanların reytinqinin ilk 15-liyinə düşmək şansı əldə edəcəkdir. Bəs hazırda bu siyahıda kimlər var, dünyanın ən zəngin xeyriyyəçiləri kimlərdir? .
Bill Qeyts, ABŞ
Bağışladığı vəsait: $28 milyard
Sərvət: $66 milyard
Əvvəllər Qeyts pullarını Harvardın kompüter texnologiyaları üzrə araşdırmalarına, kitabxanalara, pilot məktəblərinə və Sietel fonduna bağışlayardı.
1999-cu ildə o ailəvi xeyriyyəçilik fondu (Bill & Melinda Gates Foundation) yaradaraq, Microsoft kompaniyasının 16 milyard dollar həcmində səhmlərini fonda verir. Tezliklə Qeytsin və onun dostu Uorren Bafetin daimi daxiletmələri sayəsində, onlar tərəfindən yaradılmış təşkilat dünyanın ən nəhəng xeyriyyə fonduna çevrilir. Təşkilatın yaxın 10 il ərzində başlıca planları arasında nələri qeyd etmək olar: malyariya və meningitə (beyin qişalarının iltihabı) qarşı peyvənd proqramı, kompaniyaya 10 milyard dollara başa gələcəyi gözlənilir. Amerika Qeyts fondu təhsilə və müəllimlərin hazırlanmasına da vəsait ayırır. 2012-ci ildə Qeytsin həyat yoldaşı Melinda bəyan etmişdi ki, bütün dünyada kontraseptivlərin əlçatan olması üçün 1,1 milyard dollar vəsait sərf etməyi düşünür.
Uorren Baffet, ABŞ
Bağışladığı vəsait: $17,25 milyard
Sərvət: $46 milyard
Uzun illər ərzində Baffet təkidlə bildirirdi ki, ölümündən sonra bütün pullarını xeyriyyəçiliyə vəsiyyət edəcək, amma yalnız ölümündən sonra, sağ ikən deyil.
Amma Qeyts ilə tanışlıq öz müsbət bəhrəsini verməyə başladı: Baffet 20 il ərzində bu fonda 39 milyard dollar vəsait bağışlamağa söz verdi.
Bundan əlavə o, 2010-cu ildə Qeyts ilə birlikdə Giving Pledge kompaniyasının əsasını qoydu. Bu şirkət ABŞ-ın zəngin insanlarını öz sərvətlərinin müəyyən qismini xeyriyyəçiliyə yönəltməyə dəvət edir və bu istiqamətdə onlara güclü təkan verir.
Corc Soros, ABŞ
Bağışladığı vəsait: $8,5 milyard
Sərvət: $19 milyard
1979-cu ildən başlayaraq, Soros ən fərqli ehtiyacları təmin etmək məqsədi ilə $8,5 milyarddan artıq vəsait sərf edib. Hər şey isə Kaliforniya xəstəxanalarında iynələrin sterilləşdirmə proqramından başlayıb. İndi isə o, Rusiya və ABŞ-da elmi tədqiqatlara yatırım edir (hətta Vladimir Putin iddia edirdi ki, Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan rəhbərliyi “Sorosdan” əməkhaqqı alırdı) və hətta qaraçılara da köməklik əlini uzadır.
Onun son təşəbbüsləri sırasında bütün dünya üzrə hökumətlərdə şəffaflığın təmin olunmasına yönəlmiş 150 milyon dollar və afroamerikanların qarşılaşdığı sosial maneələrin aradan qaldırılması üçün ayırdığı 100 milyon dolları qeyd etmək olar.
Qordon Mur, ABŞ
Bağışladığı vəsait: $5 milyard
Sərvət: $4,8 milyard
İntel kompaniyasının həmtəsisçisi kompaniyanın 5 milyard dollar həcmində səhmini 2000-ci ildə Qordon və Betti Mur ailəvi xeyriyyə fonduna vermişdir. Fond elmi araşdırmalara investisiya etməklə, həmçinin ətraf-aləmin mühafizəsi və tibb bacılarının təhsili məsələləri ilə məşğul olur.
Sonuncu idaya Qordonun həyat yoldaşı Bettiyə məxsusdur, belə ki xanım bir dəfə tibb bacısının ona səhvən yeritdiyi inyeksiya nəticədə (ona yanlış preparat vurulmuşdu) ciddi zərər çəkmişdir. Mur həmçinin Havay adalarında dünyanın ən nəhəng teleskopunun inşasında da yatırım edir.
Karlos Slim Elu, Meksika
Bağışladığı vəsait: $4 milyard
Sərvət: $69 milyard
Dünyanın ən zəngin insanı açıq-aşkar bildirib ki, birbaşa xeyriyyəçilik ilə məşğul olmaqdansa yeni iş yerlərinin açılmasını daha üstün tutur, belə olduğu təqdirdə o, özünü daha lazımlı bir insan kimi hiss edir. Buna rəğmən o, 2006-ci ildə 2 milyard dollar və daha sonra 2010-cu ildə eyni ilə qədər vəsaiti xeyriyyə məqsədi ilə bağışlamışdır.
Bu vəsaitlərin böyük bir qismi təhsil və səhiyyə məsələlərinə yönəlib. Qeytsin xeyriyyə fondu və İspaniya hökuməti ilə birlikdə Slim Mərkəzi Afrikada əhalinin qida təchizatına və xəstəliklərin profilaktikasına 150 milyon dollardan çox məbləğ xərcləmişdi.
Eli Brod, ABŞ
Bağışladığı vəsait: $3,5 milyard
Sərvət: $6,3 milyard
Brod öz sərvətini inşaat sektorunda əldə etmişdir (Kaufman & Broad kompaniyası), son dövrlərdə isə o, öz diqqətini daha çox xeyriyyəçiliyə yönəldir. O, ən yaxşı müəllimlərə mükafatlar verməklə təhsildə yeni islahatlara imza atmağa çalışır.
2010-cu ildə o, Los-Ancelesdə yeni incəsənət muzeyinin inşası üçün icazə alır. Planlara əsasən muzey 2014-cü ildə açılmalıdır.
2007-ci ildə Brod Miçiqan Universitetinin rəssamlıq muzeyinin tikintisinə 26 milyon vəsait ayırır. 2012-ci ilin oktyabrında Brod bu muzeyə özünün kolleksiyasında 19 ədəd kətan üzərində çəkilmiş rəsm hədiyyə edir. Onun tərəfindən yaradılmış fond həmçinin tibbi araşdırmalara investisiya edir. Bu minvalla o, Harvard və Massaçusets universitetinə gövdə şəkilli hüceyrələrin tədqiqinə yarım milyard dollar ayırmışdır.
Corc Kayzer, ABŞ
Bağışladığı vəsait: $3,3 milyard
Sərvət: $10 milyard
Corc Kayzer – amerikalı biznesmendir, 0, 1969-cu ildə neft emal edən Kaiser-Francis Oil Company şirkətini öz atasından miras almışdır. 1990-ci ildə Kayzer Bank of Oklahomanı alır və beləliklə dünyanın 400 ən zəngin insanının sırasına daxil olur.
Onun tərəfindən yaradılan (George Kaiser Family Foundation, GKFF) fondunun mərkəzi Oklahama ştatının Talsa şəhərində yerləşir. Bu fond məktəbəqədər təhsil müəssisələrini və xəstəxanalara investisiya edir, kasıblar üçün məktəblər tikir, təhsil və müalicə üçün qrantlar ayırır. Hər il GKFF yoxsulların ehtiyacını ödəmək üçün 7,5 milyon dollar ayırır: qida, geyim alınması, sağlamlıq və narkomaniyaya qarşı mübarizə və s tədbirlər.
Maykl Blumberq, ABŞ
Bağışladığı vəsait: $2,8 milyard
Sərvət: $25 milyard
Blumberq öz vəsaitlərini 850 fərqli xeyriyyə fonduna yatırmışdır. O, siqaret çəkməyə qarşı mübarizə təşkilatını dəstəkləyir, həmçinin silah satışının sərtləşdirilməsi haqqında qanunu dəstəkləyir, Nyu-Yorkun incəsənət institutuna yardım göstərir.
O, həmçinin məzunu olduğu, doğma Con Hopkins Universitetinə 200 milyon vəsait bəxş etmişdir. 2011-ci ildə o, 330 milyon ətraf aləmin mühafizəsi ilə məşğul olan Sierra Club təşkilatına, incəsənətin təbliği ilə məşğul olan Alliance for the Arts qrupuna və intihar halların qarşı mübarizə aparan təşkilatlara vəsait ayırmışdır.
Əzim Premidci, Hindistan
Bağışladığı vəsait: $2,1 milyard
Sərvət: $15,9 milyard
Wipro İT – kompaniyasının rəhbəri Əzim Premidci 2001-ci ildə Əzim Premidci xeyriyyə fondunun əsasını qoyur. Fondun açılışı üçün ilkin məbləğ 125 milyon idi. 2010-cu ildə isə o bu fonda daha 2 milyard əlavə vəsait köçürmüşdür. Bu pullar dövlət məktəblərinin tikintisinə, müəllimlərin hazırlığına və təhsil proqramının təkmilləşməsinə sərf olunmuşdu.
2011-ci ildə Hindistanda Əzim Premidcinin adını daşıyan pedaqoji universitet açılmışdı.
Ceyms Stoures, ABŞ
Bağışladığı vəsait: $2 milyard
Sərvət: $100 млн
American Century Investments investisiya kompaniyasının təməl qoyanı Ceyms Stouers 2000-ci ildən bəri dünyanın ən varlı 400 insanın siyahısına daxil deyil. Məhz həmin dövrdə o, Kanzas-Siti şəhərində Tibbi araşdırmalar institutuna 1,2 milyard vəsait yatırım etmişdi.
Həmin dövrdən başlayaraq, o və onun xanımı Virciniya xərçəng, şəkər və ürək xəstəliyinin müalicəsinə yönəlmiş genetik tədqiqatlarla bağlı həmin instituta milyonlarla vəsait yönəltmişlər.
Li Ka-Şin, Honkonq
Bağışladığı vəsait: $1,65 milyard
Sərvət: $25,5 milyard
Honkonqlu milyarder (Forbesin dünya siyahısında №11 ) bu gün Asiyanın ən nəhəng konqlomeratı hesab edilən Cheung Kong Holdings-in idarə heyətinin sədri vəzifəsini icra edir. O, özünün ilk xeyriyyə fondunun əsasını 1980-ci ildə qoymuşdu. 2005-ci ildə isə o, özünün CIBC bankındakı hissəsini sataraq, 1 milyard dolları xeyriyyəçiliyə yönəltdi. 2006-cı ildə Li bəyan etdiki onun varidatının üçdə bir hissəsi xeyriyyəçiliyə sərf olunacaq. Bu müddət ərzində onun pulları uşaq mərkəzlərinə və kilsələrə kömək edirdi. O, həmçinin hepatit və quş qripi xəstələrinə yardım edirdi.
Bundan əlavə, o Kaliforniyada öz şərəfinə adlandırılan tibb universitetinin inşasını maliyyələşdirib.
Herbert Sandler, ABŞ
Bağışladığı vəsait: $1,5 milyard
Sərvət: $150 mln
Sandler 2006-cı ildə özünün Golden West adlı kredit kompaniyasını satır, həmin dövrdə böhran hələ başlamamışdı. O, kompaniyanı 2,6 milyard dollara satmağa müyəssər olmuşdu. O vaxtdan bəri Sandler öz sərvətini asta-asta xeyriyyəçiliyə sərf etdi.
Sandlerin yaratdığı törəmə kompaniyalar içərisində ProPublica jurnalistika qrupu olduqca məşhurdur, o müxtəlif təhqiqatlarla məşğuldur, iki dəfə Pulitzer mükafatına layiq görülüb: 2010 və 2011-ci illərdə. Sandler ailəsi də həmçinin insan azadlıqları uğrunda mübarizə aparan, elmi tədqiqatlarla məşğul olan, xüsusi ilə də aşağı gəlir səviyyəsi olan insanların üzləşdiyi xəstəliklərlə mübarizə məqsədi ilə bir neçə digər qruplar yaratmışlar.
Ted Ternerр, ABŞ
Bağışladığı vəsait: $1,5 milyard
Sərvət: $2 milyard
Amerikanın CNN telekanalının yaradıcısı, həm də uğurlu biznes Ted Terner KİV dünyasından olan və xeyriyyə məqsədləri ilə 1 milyarddan artıq vəsait sərf etmiş ilk insanlardan biridir. Amma ki, öz televiziya imperiyasını yaratdığı müddətə Terner digər milyarderlər arasında belə bir təbliğat aparırdı ki, gənc olduğu və həyata enerjisi ilə bol olduqları müddətdə öz vəsaitlərini xeyriyyəçiliyi sərf etməsinlər.
1998-ci ildə o bəyan etdi ki, bir neçə il ərzində MBT-yə 1 milyard dollar vəsait verəcək. Hazırkı anda onun bu təşkilata illik etdiyi köçürmələrin həcmi $916 milyon dollara çatmışdır.
Pol Allen, ABŞ
Bağışladığı vəsait: $1,45 milyard
Sərvət: $15 milyard
2011-ci ildə Microsoft şirkətinin həmtəsisçisi Pol Allenin Vaşinqton ştatının Universitetinə etdiyinə hədiyyə, Allenə bu siyahıya düşmək imkanı vermişdir. Forbes jurnala verdiyi müsahibələrdən birində o belə demişdir ki, elmin maliyyələşdirilməsi onun həyat məqsədinə çevrilib.
Pol Alleni daha çox nevrologiya maraqlandırır. O, hətta baş beynin öyrənilməsi ilə məşğul olan ayrıca bir institut yaratmışdır (Allen Institute forBrain Science), onun bu müəssisəyə etdiyi yatırımların təqribi miqdarı 500 milyon dollardır. Özünün xeyriyyəçiliyə yönəlmiş ilk 100 milyon dollarını siçan beyninin genlərinin necə işlədiyini əks etdirən kompüter modelləri yaratmağa sərf etmişdir. Növbəti 100 milyon isə insan beyninin genləri ilə bağlı analoji model yaratmağa səf olunmuşdu. İndi Allen tərəfindən işə dəvət edilmiş alimlər qrupu beyin hüceyrələrini fərqləndirməyə çalışır və onların inkişaf xüsusiyyətlərini müəyyən etməyə çalışırlar.
Ditmar Xopp, Almaniya
Bağışladığı vəsait: $1,25 milyard
Sərvət: $5,5 milyard
İBM kompaniyasının yetirmələri olan dörd həmkarı ilə birlikdə Xopp SAP adlı nəhəng proqram təminatı kompaniyasının əsasını qoyub. 1995-ci ildə Xopp öz səhmlərinin 70%-ni özü tərəfindən yaradılmış qeyri kommersiya təşkilatına bağışlayır, hazırda o, Almaniya və Avropada ən nəhəng təşkilatlardan biridir. Xopp öz diqqətinin əsas hissəsinin yeniyetmə idman növünə, xərçəng xəstəliyinin araşdırılmasına və uşaq xəstəliklərinin müalicəsinə yönəldib.