9 C
Baku
Thursday, December 12, 2024

Milyardlarını xeyriyyəçiliyə sərf edən Duty Free qurucusu Çak Fini vəfat edib

Duty Free şirkətinin yaradıcısı Çak Fini ABŞ-da vəfat edib. Sahibkarın 92 yaşı var idi. Fini hələ 1988-ci ildə 1,3 milyard dollar sərvəti ilə Forbes jurnalının ən zəngin ABŞ milyarderləri siyahısına daxil edilmişdi. Sonradan məlum oldu ki, əslində qeyd olunan vaxta o Duty Free sistemindən daha çox pul qazanmışdır, sadəcə  sərvətinin çox hissəsini xeyriyyəçiliyə xərcləmişdir.

1997-ci ildə Fini  qurduğu Duty Free Shoppers şirkətindəki payını başqa bir nəhəng Louis Vuitton Moët Hennessy-yə satdı. On il sonra “Olmayan milyarder” bioqrafik kitabı nəşr olundu. Orada sahibkar qeyd etdi ki, onun sərvəti “bütün gözləntiləri üstələyib”, lakin özü yaxtaların və bütün digər “sərvət simvolllarının” alınmasına laqeyd yanaşır.

Fini həmçinin  “Yaşayanda Vermək” (Giving While Living) hərəkatının qurucularından biri olub. İdeya varlı insanların sərvətlərini öldükdən sonra deyil, sağ olduqları müddətdə xeyriyyə təşkilatları ilə bölüşmələridir. Fini ən nümunə götürərək, oxşar təşəbbüsləri Bill Gates və Warren Baffett başladıblar.

Forbes-in məlumatına görə, Feeney Duty Free mağazalarından 7,5 milyard dollar qazanıb.Lakin 2022-ci ilə qədər onun sərvəti 2 milyon dolları ötməyib.Onun özü də etiraf edib ki, bu məbləği təqaüdə çıxmaq üçün özü və həyat yoldaşı üçün ayırıb. Qalan pulları filantropik məqsədlər üçün paylayıb.

Feeney və həyat yoldaşı San-Fransiskoda üç otaqlı evdə kirayə yaşayırdılar. Avtomobili olmadığı üçün ictimai nəqliyyatdan istifadə edirdi.

Məlumat üçün bildirək ki,  2020-ci ilin sentyabrında Fini bütün pulları xeyriyyəçiliyə verdiyi üçün Atlantic Philanthropies fondunu bağlamışdır. O, həyatı boyu 8 milyard dollardan çox pul ianə edib.

Son xəbərlər
Digər xəbərlər