22 C
Baku
Monday, July 22, 2024

Milyardlarla dollar zərər yetirmiş kompüter virusları

5 may 2000-ci ildə təkcə Şimali Amerikada «ILOVEYOU» adlı virusdan yaranan zərər 1 milyard dollar təşkil edirdi. Bu virus sevgi məktubu formasında elektron poçt ünvanı vasitəsilə yayılan ilk viruslardan biri oldu. Ümumilikdə isə bu virus 500 mindən çox sistemə zərər vurub və 15 milyard dollardan çox zərər yetirib.

Lakin bu virus iri həcmdə zərər yetirmiş yeganə kompüter virusu deyil. Banker.az saytı bütün dövrlərin “ən baha başa gəlmiş” kompüter viruslarınnı qısa tarixçəsini təqdim edir.

 

5.Melissa

Melissa virusu kompüter sahibinin adından Microsoft Outlook vasitəsilə “yoluxmuş” Word sənədləri göndərirdi. Bu mesajlar istifadəçisinin ünvan kitabçasında adı olan hər kəsə gedirdi. 1999-cu ildə Melissa virusu 1,2 milyard dollar həcmində zərər vurmuşdu.

4.Code Red

Code Red hazırda ən məşhur viruslardan biridir. 2001-ci ildə bu virusun zərəri 2 milyard dollardan çox idi. Code Red kompüter şəbəkəsini sındıra və Microsoft proqram təminatının zəif nöqtələrindən istifadə edə bilir.

3.Conficker

2007-ci ildə bütün dünya üzrə milyonlarla kompüterə bulaşmış Conficker virusu 9,1 milyard dollardan çox zərər verib. Bu virus kompüterlərin zəif və çatışmayan yerlərini təyin edir, lazımi klaviş uyğunluqlarını yığır və xaker saytlarından kodlar yükləyirdi.

2.SoBig

2003-cü ildə So Big virusu öz adına da uyğun olaraq 37,1 milyard dollar zərər verir. Bu virus spam formasında elektron poçtda çox sürətlə yayılmışdı. İstifadəçi ismarıcı açar-açmaz virus onun kompüterinə daxil olurdu. SoBig faylları kopyalaya, digər istifadəçilərə elektron məktiblar göndərə, proqram təminatına və hətta cihazın özünə ciddi ziyan vura bilirdi.

1.MyDoom

2004-cü ildə peyda olan bu virus kompüter virusları tarixi boyunca “ən dağıdıcı virus” statusuna malikdir. Belə ki, virusun vurduğu zərər 38 milyard dollardan çoxdur. Bundan əlavə, MyDoom virusunun nəticələri ciddi və davamlı idi. Virus xakerlərə yoluxmuş kompüterə girişi təmin edirdi və müxtəlif proqramları sərbəst şəkildə açmaq imkanına sahib idi. Mütəxəssislərin hesablamalarına görə, 2004-cü ildə bütün məktubların təqribən 25%-i bu virusa yoluxmuşdu.

Son xəbərlər
Digər xəbərlər