14 C
Baku
Thursday, May 2, 2024

Milyardsız milyarder

O, Duty Free-in yaradıcısıdır. 81 yaşı var və 7,5 mlrd dollarlıq sərvət qazanmışdır. Lakin onun avtomobili yoxdur, ekonom-klass ilə uçur, kirayə mənzildə yaşayır. Çak Fini 15 dollarlıq elektron saatlar taxır və ütülənməmiş köynəklər geyinir. Vətəni İrlandiyada onu adi amerikan turisti kimi qəbul edirlər. Əsasən qəlyanaltı restoranlarına, çox işlənən mallar mağazasına üstünlük verir, eləcə də metro və ya taksidən istifadə edir. 

Onu hər qəpiyinin qədrini bilən xəsis də adlandırmaq olardı, lakin o son 30 il ərzində xeyriyyə məqsədilə 6 mlrd dollar xərcləmişdir. Bu pullar ABŞ, Vyetnam, Avstraliya, Cənubi Afrika, İrlandiya və Bermud adalarında təhsil, sağlamlıq, elm, qocalaq evinin təmin edilməsinə sərf edilmişdir. Onun əldə olunanlarla kifayətlənmək niyyəti yoxdur və 2016-cı ildə bütün sərvətini xeyriyyə işləri üçün sərf etmək fikrindədir.

Bu, ekstravaqant milyarderi təkcə pullar deyil, həm də şan-şöhrət də maraqlandırmır: öz milyardlarını paylasa da, kölgədə qalmağı bacarırdı, ilk 15 il bunun öhdəsindən çox yaxşı gəlmişdi, belə ki heç kim onun xeyriyyəçilik fəaliyyətindən xəbərdar deyildi. Daha sonra hər şeyin üstü açılsa da, Fini yenə də təvazökar davranırdı. Məsələn, 2012-ci ilə qədər o maksimum 5 müsahibə vermişdir.

Çak Fini – qəribə və maraqlı insandır. Onun gəlirləri çox sürətlə artırdı, hərçənd ki əksəriyyəti The Atlantic Philanthropies xeyriyyə fonduna köçürülürdü.

“Mən gördüm ki, pulları verəndə və bunun sayəsində nəyinsə, məsələn xəstəxananın tikildiyini görəndə daha çox zövq alıram, nəinki pul qazananda. Pulları bank hesabına yatırmaqdansa, xeyir işlər üçün xərcləmək daha məntiqlidir” , – Fini bildirir.

Bill Geyts onu nümunə götürmək üçün ideal hesab edir. Bill qeyd edir ki, o, necə yaxşılıq etmək lazım olduğunu bilir və günümüzün ən yaxşı nümunəsidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər