Milyon dollar qazanmaq üçün maliyyə dahisi olmağa ehtiyac yoxdur. Lazım olan yeganə cəhət – orijinallıq və kütlə arasında yeni ideyanın fəal şəkildə irəli çəkilməsidir. Müasir cəmiyyətimizdə axmaq və cəfəngiyyat dolu ideyaların köməkliyi ilə də sərvət qazanmaq mümkündür. Bəlkə də ideya nə qədər ağlasığmazdırsa, bir o qədər yaxşıdır?!
SantaMail
Bu əslində elə də pis ideya deyil. Şimal qütbündə (Alyaska ştatında şəhər) özünüzə elektron poçt qutusu yaradırsınız, Santa Klaus olduğunuzu iddia edirsiniz və övladına Santadan məktub gəlməsini istəyən hər valideyndən 10 dollar alırsınız. Byron Reese 2001-ci ildə bu biznesi yaratdığı andan bu günə qədər 200 mindən çox məktub göndərmişdir ki, bu da ona bir neçə milyon dollar qazandırmışdır.
Doggles
İtlər üçün təhlükəsizlik eynəkləri yaratmaq və satmaq? Axmaqcasına düşünülmüş biznes ideya kimi görünə bilər. Lakin bu ideyanın müəllifləri bu yenilikdən milyonçu olmağı və öz məhsulunu bütün dünya üzrə satmağı bacarmışdır.
FitDeck
Keçmiş dəniz hərbi qüvvələrinin qulluqçusu və fitnes üzrə təlimatçı olan Phil Black-in yaratdığı biznes ideya isə üzərində müxtəlif fiziki hərəkətlərin təsvir olunduğu kart yaratmaq və onu 18,95 dollara satmaqdan ibarət idi. O bu biznesi sayəsində keçən ilə 4,7 milyon dollar qazana bildi.
PositivesDating.Com
HİV-ə yoluxmuş şəxslə görüşə gedərdinizmi? Paul Graves və Brandon Koechlin belə qərara gəlirlər ki, bəli onlar bunu bacararlar və buna görə də, HİV-ə yoluxmuş şəxslərlə görüş təyin etmək üçün xüsusi sayt yaradırlar. 2006-cı ildə onların bu saytdan əldə etdikləri gəlir 110 min dollar təşkil edirdi. Onlar belə ümid edirlər ki, növbəti illərdə saytdan 50 mindən çox istifadəçi istifadə edəcək.
PickyDomains
Sizin üçün gözəl domen adları yaratması üçün digər insan tutmaq? İnsanlar heç vaxt buna pul ödəməzlər. Faktiki olaraq başqaları üçün domen adlarının tapılması qəfil olaraq inkişaf edən biznesə çevrilir. Hazırda bu saytda çoxlu sayda insan növbədə duraraq onun üçün məzəli və tez yadda qalan domen adının tapılmasını gözləyir.
Lucky Wishbone Co
Mərc üçün saxta toyuq “mərc sümüyü” yaratmaq görünür siyahıdakı ən axmaq ideya kimi görünür. Bu da başa düşüləndir. Axı hansı məntiqi düşüncəyə sahib insan bu əşya üçün pul ödəməyə hazır olsun?! Lakin sonradan belə məlum olur ki, belə insanların sayı heç də az deyil. Hazırda şirkət gündəlik olaraq 30 min belə “mərc sümüyü” istehsal edir (1 ədədi 3 dollaradır) və bu biznes ideyanın yaradıcısı Ken Ahroni gəlirini 1 milyon dollara qədər artırmağı düşünür.