Ağa Yusif Dadaşev – azərbaycanlı milyonçu və xeyriyyəçidir. Stokholm Universitetini fərqlənmə diplomu ilə bitirib. Rus, fransız və digər Avropa dillərini mükəmməl öyrənə bilmişdir. Çar Rusiyasının dövlət müşaviri olub.
Ticarət gəmiçiliyin gəlirlərinin böyük hissəsi insanların maariflənməsinə xərclənirdi (Qori müəllimlərinin seminariyası və “Qadın məktəbi”). Dadaşev eyni zamanda Bakı-Batumi neft kəmərinin çəkilməsini, Bakı Dumasının tikintisini, M. Qorkinin, D. İ. Medneleyevin, neft geologiyası üzrə mütəxəssis olan B. M. Qubkinin səyahətini maliyyələşdirib. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunmasında fəal iştirak edən Dadaşev, Bibiheybət məscidini bərpa edib, Buxara əmri ilə Moskvada inşa edilmiş məscidin qırx lampalı çilçırağını və qiymətli xalçalarını hədiyyə edib.
1918-ci ilin martında Bakıda soyqırımı zamanı milli hökumətin formalaşmasına və Müsavat Partiyasının fəaliyyətinin genişləndirilməsinə maliyyə dəstəyi göstərən Dadaşev, ermənilərə qarşı silahlı mübarizə aparıb. Rusiyadan silah gətirmək məqsədilə göndərdiyi gəmiləri qarşılayanda, Dadaşov S. Lalayanın daşnak qrupu ilə toqquşub. S. Lalayanın qılıncın altından keçmək əmrinə Dadaşov rədd cavabını verib: “Mən türkəm. Türk ölər, amma erməni qılıncının altından keçməz”. Qəzəblənmiş daşnaklar ona işgəncə etdikdən sonra öldürdülər. Bütün işgəncələrə dözən Dadaşev silahların daşnaklara yox, azərbaycanlılara çatmasına nail ola bilib. Onun ölümündən sonra ermənilər Dadaşovun brilyant, zümrüd və yaqutlarla bəzədilmiş formasını ələ keçirdilər. Dadaşovun məzarı hələ də tapılmayıb.