Sara Tağıyeva 1899-cu il may ayının 20-də indiki Tarix müzeyi olan, atasının evində dünyaya gəlmişdi…
Sara Tağıyeva 1899-cu il may ayının 20-də indiki Tarix müzeyi olan, atasının evində dünyaya gəlmişdi. Atasi Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənmişdi. İlk evliliyi Buzovna 
Sara xanım atasının təməlini qoyduğu Qızlar Məktəbini bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Sara xanımın universiteti bitirməsi ilə yanaşı, onun ve ailəsinin firavan həyatına da son qoyuldu…
Yeni hökumət H.Z.Tağıyevin bütün fabriklərini, neft mədənlərini, balıq vətəgələrini və iYeni hökumət H.Z.Tağıyevin bütün fabriklərini, neft mədənlərini, balıq vətəgələrini və imarətlərini əlindən alanda o, unudulmaz Abuturab ağanın sözlərini xatırlayır və onun ayaqları altında dəfn olunmasını vəsiyyət edir.
Sara xanım əvvəlcə kitabxanada işləyir, sonra isə zavodda çilingər köməkçisi….
Orada Nikolay Sarayev adlı bir şəxs Saraya vurulur ve ailə qururlar. ikinci Dünya Müharibəsinə yollanan Nikolayın tez bir zamanda ölüm xəbəri gəlir. Sara 2 övladı ilə Bakıya qayıdır.

M.C Hacı Zeynalabdin Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biridir. O olmasaydı,Azərbaycan Cümhuriyyətinin iqtisadi bünövrəsi olmayacaqdı…
Bolşeviklər Hacının hər şeyini əlinden aldıqdan sonra Hacı Mərdəkandakı bağında yaşamağa başladı. Sona xanım xəstə idi. Saranın həyat yoldaşı xaricə getdikdən sonra Sona xanım atası ilə yaşamağa başladı.
1924-cü ildə Hacı Zeynalabdin rəhmətə gedir. Hacını özünün vəsiyyətinə əsasən Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn edirlər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdir: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün …”.
Bağırova hərbi komissar bu hadisə haqqında məlumat verir. Bağırov bu qadın haqqında maraqlandıqdan sonra Sara xanımın onun çox yaxşı tanıdığı bir ailədən – Tağıyevlər ailəsindən olduğu məlum olur. M.C.Bağırov Sara xanıma çox kömək edir. Bir neçə dili mükəmməl bilən Sara xanımı Maarif Nazirliyinin Kadrlar şöbəsinə təlimatçı vəzifəsinə təyin edirlər.

Sara xanım 1957-ci ildə işsiz qalır. Məktublar yazır, amma baxan olmur…
O, dərman içmirdi, həkim çağırmırdı, çünki qorxurdu… Onu öldürmək istəyirdilər. Deyirdi: “Mənim atamın nə günahı var? Tağıyev milyonçu olub. Millət üçün bu cür işlər görüb. Mən onlardan yazıram. Bunu sübut etmək istəyirəm…”Sara xanımı güclə ruhi xəstəxanaya belə aparmışdılar…
O fond yaratmaq istəyirdi. Özünə qismət olmasa da, qızı Səfiyyə xanım bu fondu yaratdı “Sara Sarayeva adına fond” Sefiyye xanım özü yaxşı yaşamasa da, anasının adını daşıyan fondun xətrinə hamıya kömək edirdi.
1991-ci ildə baş verən vertalyot qəzasından sonra Sara xanım çox sarsılır. O bilirdi ki, vertalyotdakılar məhv olduqdan sonra ermənilərin Qarabağı alması asanlaşacaq. Bu hadisə Sara xanıma o qədər təsir edir ki, 1991-ci ildə dekabrın 15-də dünyasını dəyişir. Onun tabutu ilk dəfə laylay eşitdiyi evdən —indiki Tarix Müzeyindən qaldırıldı…
Azpress.az






