27 C
Baku
Wednesday, July 24, 2024

Milyonçular cari dövrü “tarixin ən təxminedilməz” periodu adlandırıb

Dollar milyonçularının əksəriyyəti cari dövrü (zaman kəsiyi dəqiq olaraq qeyd edilməyib) tarixin ən təxminedilməz dövrü hesab edir.

Banker.az xəbər verir ki, İsveçrənin UBS bankının həyata keçirdiyi sorğuya əsasən, Böyük Britaniya, İtaliya, İsveçrə, Yaponiya, Honqkonq, Sinqapur və Meksikadan olan 2842 respondentin 82%-i bu fikirdədir.

Ən pessimist zənginlər meksikalılar və sinqapurlulardır (84%). Bununla belə, sorğuda iştirak edən varlı şəxslərin dörddə üçü nağd pulları etibarlı alternativ adlandırıb.

Eyni zamanda, respondentlərin 51%-i bildirib ki, optimist olmağa davam edirlər və yaxın 12 ay ərzində şəxsi maliyyə məsələləri ilə bağlı vəziyyətin yaxşılaşacağına inanırlar. Bu şəxslərin 13%-i vəziyyətin daha da pisləşəcəyindən qorxduğu bir zamanda, digərləri əhəmiyyətli dəyişikliklərin baş verməyəcəyini gözləyir.

Milyonçuların dörddə üç hissəsi belə düşünür ki, hazırda faktlardan daha çox emosiyalar ictimai fikrin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir.

 

Son xəbərlər
Digər xəbərlər