15 C
Baku
Tuesday, December 2, 2025

Milyonçuların ən çox axın etdiyi ölkələr açıqlanıb — Top 10-luq

2025-ci ilin sonuna qədər dünya üzrə təxminən 142 000 milyonçunun yeni bir ölkəyə köçəcəyi, özləri ilə çoxmilyardlıq sərvət aparacağı gözlənilir. “Henley & Partners” konsaltinq şirkətinin araşdırmasına görə, иu kapital və istedad axınının əsas istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ, İtaliya, İsveçrə və Səudiyyə Ərəbistanı olub.

Ölkə seçimini müəyyən edən əsas faktorlar təhlükəsizlik, maliyyə şəraiti (xüsusilə miras və kapital gəliri üzrə aşağı vergilər), həyat keyfiyyəti, təhsil və səhiyyə, həmçinin biznes imkanlarıdır. Ən populyar istiqamətlərin çoxu ya bu vergiləri tətbiq etmir, ya da güzəştli rejimlər təklif edir.

Xüsusilə “sığınacaq ölkələri” – İsveçrə, Sinqapur, BƏƏ, Malta, Monako və digər ölkələr üçün üstünlüklər nəzərə çarpır. Bu yurisdiksiyalarda zəngin rezidentlərin yarısından çoxu mühacirdir. Ekspertlər qeyd edirlər ki, milyonçuların miqrasiyası iqtisadi sağlamlığın vacib göstəricisidir: onların kütləvi çıxışı tez-tez ölkədə dərin problemlərin siqnalı olur.

Hesabatda bildirilir ki, varlı şəxslərin miqrasiyası qəbul edən ölkələrə kompleks iqtisadi faydalar gətirir, birbaşa kapital axını təmin edir, valyuta ehtiyatlarını artırır və yeni şirkətlər və iş yerləri yaradır.

Noyabrın sonunda, BMT-nin məlumatına görə, Cakarta dünyanın ən sıx əhalisi olan şəhərləri reytinqində birinci olub – İndoneziya paytaxtında 42 milyon insan yaşayır. İkinci yerdə Dəkkə (37 milyon), üçüncü yerdə Tokio (33 milyon) qərarlaşıb. Reytinqin ilk onluğunda olan şəhərlərin doqquzu Asiyada yerləşir, o cümlədən Yeni Delhi, Şanxay və Seul.

Son xəbərlər
Digər xəbərlər