1 C
Baku
Saturday, December 14, 2024

Milyonçuların ən çox tərk etdiyi 10 ölkə

Böyük Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin “New World Wealth” ilə birgə hazırladığı hesabata əsasən, 2022-ci ilin milyonçuların köçünə görə Rusiya və Çin liderlik edir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Belə ki, keçən il Çini 10.8 min milyonçu, Rusiyanı isə 8.5 min milyonçu tərk edib. Milyonçu axınına görə ilk onluğa həmçinin aşağıdakı ölkələr daxildir:

Hindistan – 7.5 min;
Honq Konq – 2.4 min;
Braziliya – 1.8 min;
Böyük Britaniya – 1.6 min;
Meksika – 800;
Cənubi Koreya və Cənubi Afrika – hər biri 400.

Ekspertlərin hesablamalarına görə, 2022-ci ildə ən varlı insanlar Birləşmiş Ərəb Əmirliklərinə (5.2 min), Avstraliyaya (3.8 min), Sinqapura (2.9 min), İsveçrəyə (2.2 min) və ABŞ-a (1.5 min) köçüblər.

Son xəbərlər
Digər xəbərlər