“Diplomsuz marketinq” kitabının müəllifi Con Yanç şirkətin marketinqinin necə qurulmalı olduğu haqqında məsləhətlərini oxucuları ilə paylaşmışdır. Con Yanç əsas diqqəti məhz olaraq məzmun marketinqinə və online alətlərlə işə yönəltmişdir.
Marketinqin “qum saatı” konsepsiyasını tətbiq edin: Potensial müştərilərin “tanıdı”, “bəyəndi” və “etibar etməyə başladı”, daha sonradan isə “yoxladı”, “aldı”, “yenə aldı” və “kiməsə məsləhət gördü” sxemi üzrə hərəkətini təmin edəcək sistemi yarada bilsəniz marketinqiniz saat kimi işləməyə başlayacaq.
Məhsul biznesmeni olmayın: Məhsul biznesi – bu nəyisə sabit məbləğ qarşılığında mübadilə etməkdir. Unikal xüsusiyyət yaradın: “Sizi rəqiblərinizdən fərqləndirən əsas xüsusiyyət biznesinizi idarə etmə tərzi, məhsulların qablaşdırılması, məhsulun satışı ilə əlaqələnməlidir. Onlara məhsulla birgə hədiyyə olaraq bir qutu şokolad göndərsəniz necə?! Yaxud onlara həyatlarını necə dəyişə biləcəkləri barədə məsləhət verəsiniz? Təklifinizin mahiyyəti məhz bundan ibarətdir”.
İdeal müştərinin real portretini yaratmaq üçün sosial şəbəkələrdən istifadə edin: Biz bəzən Twitter hesabında şam yeməyində nə yedikləri barədə məlumat paylaşan insanları qınayırıq. Lakin nə qədər qəribə səslənsə də, bu məlumatlar əsl xəzinədir. Müştərilərinizin sosial şəbəkə hesabları onlar haqqında adi statistikadan daha çox məlumat əldə etməyə imkan verir. Üstəlik bu məlumatları əldə etmək hər hansı bir araşdırma aparmaqdan daha asandır.
Məsləhət marketinqi qurun: Müştərilərinizdən məsləhət almaq istəyirsinizsə bu məqsədə xidmət edəcək sistem yaradın. İşlərinizin nə qədər möhtəşəm şəkildə irəliləməsindən asılı olmayaraq, haqqınızda əsas fikir sizin ilk olaraq həll yolu irəli sürdüyünüz zaman yaranır. Müştərinin sadəcə olaraq sizə məsləhət verə bilməsi üçün hər şeyi edin.
Məsləhət marketininin əksini sınayın: Bu üsulun mahiyyəti ondan ibarətdir ki, öz sahənizdə potensial partnyorlarınız ilə danışığa ilk siz qədəm qoyursunuz. Onlara faydalı ola biləcəyiniz (onların da sizə) potensial partnyorlar varmı? Bu üsuldan istifadə edərək onlarla əlaqə yaratmağa çalışın.
Hesabı marketinq aləti edin: Ünsiyyətin bütün digr növlərində müəyyən gözləntilər təyin edir və ən kiçik xırdalıqlara belə uyğunlaşmağa çalışırsınız. Bəzən müştərinin əldə etdiyi hesab – düzgün marketinq mesajı vermək üçün yeganə vasitədir.
Kontakt nöqtələrinin təqvimini tərtib edin: Yaxşı marketinq odur ki, potensial müştəri ilə əlaqə o artıq müştəri olana qədər itmir və qorunub saxlanır. Potensial müştəri ilə sözügedən bu əlaqəni qorumağa isə il ərzində əldə edilən kontakların qeyd edildiyi təqvim kömək edə bilər.
Müştəri yatırımının marketinq büdcəsindəki yerini hesablayın: İdeal müştərilərinizin siyahısına nəzər salın və 3 illik dövr üçün müştəri başına düşən orta dərəcəli gəliri təyin edin. Bununla ideal müştərilərin cəlb edilməsi üçün nə qədər pul xərcləməli olduğunuzu təyin etmiş olacaqsınız.
Marketinq üzrə şura yaradın: Yaratdığınız bu şuraya müştərilərinizi, firma nümayəndələrini, partnyorlarınızı, professional icmanın 1 və yaxud 2 üzvünü dəvət edin. Onların ekspert rəylərinin əhəmiyyətini qeyd edin (insanlar özlərinin dəyərləndirilməsini sevirlər) və görüşlərdə davamlı olaraq iştirak etmələrini xahiş edin. Bu görüşlər çərçivəsində isə biznesinizin inkişaf planı, əldə edilmiş nəticələr təhlil edilməli və iştirakçılar öz məsləhətlərini verməlidirlər.