8 C
Baku
Friday, March 29, 2024

Milyonlar “Twitter”siz qaldı

“Twitter” sosial şəbəkəsi rəsmi olaraq “Windows Phone 8.1” əməliyyat sistemi ilə istifadə edilən cihazları dəstəkləməyi dayandırıb.

“MSPowerUser” nəşrinə istinadən məlumata görə, sosial şəbəkə milyonlarla istifadəçi üçün əlçatmaz olub.

“Twitter” bu ilin iyunun 1-dən “Windows 10 Mobile” sistemini dəstəkləməyi dayandıracağını elan edib. Bundan başqa, istifadəçilər yeni “Twitter lite” xidmətini də istifadə edə bilmirlər. Belə ki, sosial şəbəkəyə daxil olmaq cəhdləri onları saytın köhnə mobil versiyasına yönləndirir. O isə səhvlərlə işləyir və məlumatları dərc etməyə imkan vermir.

Mayın sonunda “Twitter” Bolqarıstandan olan çoxlu sayda istifadəçilərin akkauntlarının fəaliyyətini dayandırıb. Onlar kiril hərflərini istifadə etdikləri üçün sosial şəbəkə onları “saxta” ruslar kimi qəbul edib.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər