16 C
Baku
Thursday, April 25, 2024

Demək olar ki, 50 milyon “Instagram” istifadəçisinin məlumatları ictimaiyyətə açıqlanıb

Məşhur insan və brendlərə məxsus olan 49 milyon “Instagram” hesabı, İnternetdə yerləşdirilərək ictimaiyyətə açıqlanıb. Bu haqda internet təhlükəsizliyi sahəsi üzrə ekspertə istinadən TechCrunch xəbər verir.

Banker.az xəbər verir ki, “Amazon” bulud xidmətində yerləşdirilən verilənlər bazası, bir müddət ərzində açıq qalıbdır. Bu, hər kəsin şəxsi məlumatlarına çıxmasına imkan verib. Portal qeyd edir ki, verilənlər bazasında olan səhifələrin sayı daim artmışdır.

İctimaiyyətə açıq olan məlumatlar arasında, hesab sahiblərinin fotoşəkilləri, onların telefon nömrələri və hesabları qurmaq üçün istifadə olunan e-poçt məlumatları olmuşdur.

“Facebook”-un sözçüsü bu məsələ ilə məşğul olduqlarını söyləyib. “Biz problemi öyrənirik”, – şərhdə deyilir. –  “Biz məlumatların necə ictimaiyyətə çatdığını öyrənməyə çalışırıq”.

Əvvəllər, informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan “UpGuard” beynəlxalq şirkəti “Facebook” istifadəçiləri ilə bağlı açıq məlumat əldə etmişdir, bu məlumatlar “Amazon” un bulud xidmətində saxlanılıb. Hər iki halda da məlumat şifrə ilə qorunmamışdı, hər kəs onları oxuya bilərdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər