23 avqust 2023-cü il saat 12.00-da “Bakavtoservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı.
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi.
3. Cəmiyyətin direktorlar (müşahidə) şurasının üzvlərinin və sədrinin seçilməsi.
4. Cəmiyyətin icra orqanının seçilməsi.
5. Cəmiyyətin təftiş komissiyasının yaradılması.
Əlaqə telefonu- 070-262-00-82.
Ünvan- Bakı, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Suraxanı yolu 2-ci km 10-dur.
Qeyd edək ki, “Bakavtoservis” ASC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 299 800 manatdır və qanuni təmsilçisi Yasin Bayramovdur.