7 C
Baku
Thursday, December 12, 2024

Milyonluq “Cənubtikintiservis” şirkətinin Müşahidə Şurasının tərkibi formalaşdırılacaq

29 may 2024-cü il tarixində saat 10:00-da Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 saylı ünvanda “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyində olan məsələlər aşağıdakılardır:

1. “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı

2. “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması.

Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 323 694 manatdır və qanuni təmsilçisi Ceyhun Namazovdur.

Son xəbərlər
Digər xəbərlər