2 C
Baku
Saturday, December 14, 2024

Milyonluq ideya

Çoxumuza elə gəlir ki, yaxşı və gözəl bir gündə bizə milyonlarla mənfəət  gətirə biləcək biznes-ideyalarımız əmələ gəlir. Bununla belə, bu ideyalar sizin xəyallarınızda sadə görünsələr də, reallıqda onlar çox mürəkkəbdir.

Lakin bəzi sahibkarlar bu yolda müvəffəqiyyət qazanmağa müvəffəq olmuşlar: onların sadə biznes-ideyaları və əvvəlcə  kiçik olan müəsissələri nəticədə varlı və çiçəklənən olmuşdur. Bu cür müvəffəqiyyətli biznes-ideyalar haqqında – CNBC işgüzar portalın materiallarında.

Bir dəfə Sara Blekli öz kolqotkalarının aşağı hissəsini kəsir və beləcə, onun Spanx adlandırdığı korreksiya edən legginslər ideyası ortaya çıxır. Bleklinin yığıb saxladığı 5 min dolları var idi. Bu pula o öz ixtirasını patentləşdirərək Şimali Karolina ştatının trikotaj fabriklərinə gedərək onun ixtira etdiyi yeniliyin istehsalına başlamarına  razı salmaq üçün danişiqlara başlayır. Belə məhsulun heç vaxt alıcı tapmayacağını bildirərək, ona çox vaxt rədd cavabı verirdilər.  Lakin bir fabrik sahibi onun “ağılsiz ideyasını” realizasiya etməyə cəhd edir.

2000-ci illərin əvvəlində onun məhsulu daha da təkmilləşir və birinci dərəcəli universal mağazalarda satılmağa başlayır. Biznesinin mövcud olmasının birinci üç ayı ərzində Blekli evdə 50 min cüt leggins satır və bu gün onun “ağılsız ideyası”  çiçəklənməkdədir. Hal hazırda Spanx markası altında korreksiya edici alt paltarın,  çimərlik və idman paltarının tam xətti buraxılır.  2008-ci ilin nəticələrinə görə (şirkətin axırıncı hesabatı üzrə) bu çeşiddə satışın həcmi 350 mln dollar təşkil etmişdir.

Brayan Skudamor, 1-800-GOT-JUNK

1989-cu ildə Brayan Skudamor McDonald`s-da növbədə durarkən onun diqqətini yerli daşıyıcı şrkətin balaca yük avtomobili cəlb edir. Skudamor ruhlanaraq 700 dollara köhnə pikap alır və The Rubbish-Boys (“Zibillik uşaqları”) şirkətinin təməlini qoyur. Əvvəllər o, Kanadanın Britaniya Kolumbiyası əyalətinin universitetində dərslər arası tənəffüslərdə zibil daşıyırdı, lakin sonra onun təhsilini ödəmək üçün təsis etdiyi şirkət əsil ciddi biznesə çevrilir.

1993-cü ildə Skudamor vaxtını öz şirkətində cəmləşdirmək üçün təhsilini atır. 1998-cı ildə şirkətin adını dəyişib 1-800-GOT-JUNK В qoyaraq, bir il sonra o Kanadada françayziq müəsissəsi açır. Bu günə onun şirkətinin bütün Şimali Amerika qitəsində və Avstraliyada filialları var. 2007-2008-ci ilin nəticələrinə görə şirkət 100 mln dollar qazanmışdır, 2010-cu ilin yekun nəticəsinə görə isə 105 mln dollar əldə etməyi planlaşdırır.

Cenifer Telfer, Pillow Pets

Yumşaq oyuncaq və yastiq “hibridi” ideyası Cenifer Telferə özünün plüş sevimliləri ilə qucaqlaşaraq yatmağı xoşlayan yatmış oğlanlarna baxdığı zaman gəlmişdir. Bu səbəbdən o onlar üçün yatmaq mümkün olan xüsusi yumşaq oyuncaqlar da düzəltmişdir.

2003-cü ildə Telfer və onun həyat yoldaşı şəxsi şirkətləri olan CJ Products-ın vasitəsilə belə “yastıqlarım-heyvanlarım” (bu ticarət nişanının adını təxminən belə tərcümə etmək olar) satışını təşkil etmək qərarına gəlmişdilər.   Əvvəlcə biznes Milad bayramında balaca ticarət dükanıçası ilə kifayətlənirdi, lakin bayramda oyuncaqların hamısı satıldıqdan sonra Telfer daha iri ticarət haqqında düşündü. O vaxtdan “yastıqlarım-heyvanlarım” praktiki olaraq bazarı “partlatdılar”,  2010-cu ilin nəticələri üzrə satış həcmi isə 300 mln dollar təşkil etdi.

Bert və Con Ceykobs, “Həyat yaxşıdır”

Bert və Con Ceykobs birinci futbolkalarını əsasən Bostonda və eləcə də ABŞ-ın Şərq sahilində kollec tələbələrinə 1989-cu ildə satmağa başlamışdılar.  Lakin beş il 1994-cü ildə futbolkalarda “cizgi filmindən” olan Ceyk adında adamın şəkilini Life is good (“Həyat yaxşıdır”) şarı ilə çap etməyi fikirləşməyincə, müvəffəqiyyət onlardan yan keçirdi.

Həyata belə nikbin baxış  alıcıların xoşuna gəldi və yaxın zamanda futbolkalar  yerli küçə yarmarkasında hitə çevrildilər,  sonra isə onlarla ticarət şəbəkələri də maraqlanmağa başladılar. Hal hazırda şirkət eləcə də Ceykin və digər personajların gülərüz şəkilləri olan dəsmallar, fincanlar, çantalar və it üçün xalta qayışı buraxır, Bert və Con Ceykobsun isə indi həyatları doğurdan da yaxşıdır.  Onların işləri çiçəklənir, 2010-cu ilin nəticələrinin hesabatına görə qazanclar təxminən 100 mln dollar təşkil edəcəkdir.

Stiv Ells,  Chipotle   

Bir dəfə San-Fransiskodan olan aşpaz Stiv Ells şəxsi restoranını açmaq qərarına gəlir. Onu ruhlandıran mənbələr sırasında müxtəlif içlikli qarğıdalı çörəyinə bükülmüş meksikan “sendviçi”- tako satan balaca bir kafe olmuşdur.   O daha bir meksikan “sendviçi” növü – buritto hazırlayan şəxsi balaca restoran açmaq qərarına gəlir.   Lakin Ells öz restoranlarını adi fastfud alveri edən restoranlardan fərqli etmək niyyətində idi.

O istəyirdi ki, onun restoranında yeməklər ən yaxşı və sağlam inqridiyentlərdən hazırlansın, lakin bununla belə onlar tez və ödəməsi mümkün olan qiymətlərlə verilsinlər. 1993-cü ildə Ells valideynlərindən borc pul alaraq Denverdə birinci balaca restoranı Chipotle-ni (çipotli qurudulmuş və hisə verilmiş açı halapenyo istiotudur) açır.  İdeya o qədər müvəffəqiyyətli olur ki, Ells özünün “əsl” restoran açmaq xəyalından imtina edir. Bu günkü gün Chipotle şəbəkəsi 1 mindən artıq balaca restoranlardan ibarətdir,  2011-ci ilin I rübündə isə onun dövriyyəsi 509,4 mln dollar təşkil etmişdir.

Adam Louri və Erik Rayan, Method  

Adam Louriyə və Erik Rayana ekoloji təmizlik işləri aparmaq ideyası onların San-Fransiskoda birlikdə mənzil kirayə etdikləri vaxt gəlmişdir. Axşam qonaqlıqlarından sonra mənzildə təmizlik işləri görərkən onlar bəzi təmizləyici vasitələrin onlarda öskürək əmələ gətirdiyinə diqqət yetirdilər. Və  onda onlar düşündülər ki, bəlkə təmizləyici vasitələri təmizləməli olduqları çirkdən çox da təmiz deyillər?…
O zaman tərkibində ciddi kimyəvi elementlər olmayan təmizləmə vasitələri seçimi çox deyildi. Louri və Rayan bazarda tədqiqat apararaq 2000-ci ildə ekoloji cəhətdən təmiz vasitələr xəttini buraxdılar. Hal hazırda 10 ildən artıqdır ki, Method-un məhsulu bütün Amerikada təqdim olunur, onun qazancı isə təxminən 100 mln dollar təşkil edir.

Roksann Kuimbi və Bert Şavits,  Burt`s Bees  

Bert Şavits səyyar bal alveri ilə məşğul idi, Roksann Kuimbi isə gündəlik çörəyini yerli alver meydanında ticarətlə qazanan işsiz  ofisiant qadın idi.  Onlar 1984-cü ildə tanış olmuşdular və mumdan birgə şamlar düzəltmək və satmaq qərarına gəlmişdilər. Bir azdan sonra onlar ancaq yerli yarmarkalarda deyil, hətta supermarketlərdə alver etməyə başladılar.

Lakin onların işi Kuimbinin müxtəlif kosmetik vasitələr resepti olan XIX əsrin  kitabını tapdıqdan sonra əsl mənada yüksəlməyə başladı. O zaman o və onun partnyoru sabun bişirməyə və öz mətbəxlərində qaz piltəsinin üstündə ətir hazırlamağa başladılar. Əsl hit isə onların 1991-ci ildə buraxdıqları dodaq üçün balzam idi.   İndi isə “Bertin arıları” 100 dən artıq adda dəri və saçlara qulluq üçün vasitələr satır, amma biznesi başladıqları şamları artıq istehsal etmirlər. 2007-ci ildə şirkətin dövriyyəsi 250 mln dollar təşkil etdi, ilin sonuna isə onu 925 mln dollara Clorox korporasiyası almaq niyyətindədir.

Cim MakKenn, 1-800-FLOWERS.COM    

Cim MakKenn barmen  və sosial işçi idi. Əlavə gəlir mənbəyi axtararaq o, 1976-cı ildə 10 min dollara gül mağazası almışdır.  Sonra o mağazalar şəbəkəsini 13 ədədə çatdırmış, lakin əsl müvəffəqiyyəti o 1986-cı ildə xüsusi 1-800-FLOWERS telefon nömrəsini qediyyatdan keçirdikdən sonra qazanmışdır.

Bu, telefon nömrəsini həm də öz adı edən birinci şirkət idi. Və MakKennin marketinq ideyası əla şəkildə öz əvəzini çıxdı. O 1999-cu ildə texniki tərəqqinin yeniliyi olan “.com” sözündən yan keçməyərək şirkətin adının sonuna onu əlavə etmişdir.  Elə o vaxt da şirkətin səhmlərinin açıq yerləşdirilməsi yerinə yetirilmişdir. Şirkət The Popcorn Factory və Fannie Mae kimi belə iri şirkətlərin səhmlərini almaq hesabına genişlənərək, 2010-cu vergi ilinin nəticələrinə görə demək olar ki, 668 mln dollar qazanmışdır.

Qeri və Dayan Hivin, Curves

Qeri və Dayan Hivin gələcək Curves (“Formalar”) şəbəkəsinin ilk idman zalını 1992-ci ildə xüsusi olaraq zalın adi trenajorlarından narazı qalan qadınlar üçün açmışdılar. Bu fikir xanımlara idmanla məşğul olmaq üçün xeyirxah və rahat yerin verilməsindən ibarət idi.  Bundan başqa, konsepsiya məşğələlərin yarım saat ərzində keçməsini nəzərdə tuturdu, çünki zal gərgin rejimdə yaşayan işgüzar qadınlar üçün hesablanmışdı.

İdman zalları şəbəkəsi tez bir zamanda genişlənməyə başladı; bir qədər vaxtdan sonra Curves şirkəti franşizalar verməyə başladı və bütün dünya üzrə qadınlar üçün 10 mindən artıq idman zalları açıldı.  2010-cu ildə şəbəkənin ümumi gəliri təxminən 1 mlrd dollar təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər