11 C
Baku
Wednesday, November 13, 2024

Milyonluq şirkət ləğv olunub, “Araz Supermarket”ə birləşdi

“Favorit” supermarketlər şəbəkəsinin idarə edicisi “Baku Retail Group” MMC-nin (BRT) ləğv olunaraq “Araz Supermarket” MMC şirkətinə qoşulduğunu elan edib.

Banker.az bu barədə BRT-nin elanına istinadən xəbər verir.

“Baku Retail Group hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə keçdiyini elan edir” – deyə rəsmi məlumatda qeyd edilir.

Bundan əlavə şirkət, bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə ötürdüyünü elan edir.

2012-ci ildə yaradılan “Baku Rtail Group”un nizamnamə kapitalı 7,1 mln. manata yaxındır.

“Araz Supermarket” isə “Veysəloğlu Şirkətlər Qrupu” MMC-nin törəməsidir, Azərbaycanda ən geniş supermarketlər şəbəkəsinə malik şirkət sayılır.

“Araz Supermarket”-in nizamnamə kapitalı isə cəmi 20 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər