8 C
Baku
Sunday, November 17, 2024

Minə yaxın investor azad edilmiş ərazilərdə aparılan işlərdə iştirak etmək istəyir

İşğaldan azad olunmuş ərazilərdə bərpa-tikinti işlərində iştirak etmək istəyən investorların sayı 1000-ə çatıb.

İşğaldan azad edilmiş ərazilər zəngin və təbii resurs potensialına malikdir ki, bu da investorlar üçün yeni və müxtəlif layihələrin həyata keçirilməsinə imkanlar yaradır. Bunlar nəzərə alaraq investorlar tərəfindən İqtisadiyyat Nazirliyinə müraciətlər daxil olmaqdadır. Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, layihələrlə bağlı həmin müraciətlərin bu günə olan sayı 1000-ə qədərdir. Həmin layihələrin 700-ə qədəri yerli investorların, 300-ə qədəri isə xarici investorların payına düşür. Bu layihələr əsasən, sənaye, kənd təsərrüfatı, ticarət, turizm sahələrini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər