19 C
Baku
Wednesday, May 7, 2025

Mingəçevir Sənaye Parkının ərazisi 10 hektar genişlənib

Əmlak Məsələləri Dövlət Komitəsi “Mingechvir Regenerat” ASC-nin ləğv edildiyini açıqlayıb. Turanın qurumdakı mənbədən əldə etdiyi məlumata görə, bu qərar Mingəçevir Sənaye Parkının (MSP) genişlənməsi planları ilə bağlıdır. Mingəçevir Regenerat zavodu 1992-ci ildə tikilib və 2001-ci ildə səhmləşdirilib. Bundan sonra müəssisə hətta investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib. Sonralar, iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi dövründə müsabiqənin nəticələri ləğv edilib. 2016-cı ildə ƏMDK müəssisənin təkrar özəlləşdirilməsi üçün məsləhətçi cəlb edib. Bu ilin iyul ayında prezident İlham Əliyev MSP-nın ərazisinin genişləndirilməsi barədə sərəncam verib (2018-ci ilin 30 iyul tarixli 366 nömrəli sərəncamın mətni açıqlanmayıb).

MSP 2015-ci ilin fevral ayında yaradılıb. Bu məqsədlə parkın sərəncamına “Mingechevir-Toxucu” ASC-nin 14,8 hektar torpaq sahəsi verilib. MSP-nın yeganə rezidenti “Gilan Holding” şirkətlər qrupuna məxsus “Mingechevir Tekstil” MMC-dir. Bu ilin fevral ayında MSP-da iki müəssisə açılıb

Son xəbərlər
Digər xəbərlər