7 C
Baku
Thursday, November 7, 2024

Mingəçevir Sənaye Parkında istehsal olunan məhsulun 85 faizdən çox hissəsi ixrac edilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çox hissəsi (267 milyon manat) ixrac edilib.

Banker.az xəbər verir ki, 26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti (“Mingəçevir Tekstil” MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir.

İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.

İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı “Made In Azerbaijan” brendi ilə Türkiyə, Rusiya və s. ölkələrə ixrac olunub.

Son xəbərlər
Digər xəbərlər