Mingəçevir Sənaye Parkının qazlaşdırılması üçün 1.4 milyon manat ayrılıb

Mingəçevir Sənaye Parkının qazlaşdırılması üçün 1.42 milyon manatlıq müsabiqə elan edilib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC Mingəçevir şəhərində yerləşən Sənaye Parkının qazlaşdırılması ilə bağlı açıq müsabiqə elan edib.

Müsabiqə Mingəçevir şəhəri, 3-cü Samux döngəsi 11 ünvanında yerləşən Mingəçevir Sənaye Parkının qaz təchizatının qurulmasını əhatə edir.

Layihə üzrə ehtimal olunan qiymət 1 423 390 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər