14 C
Baku
Thursday, November 21, 2024

Mingəçevir su anbarına daxil olan suyun həcmi 50 faizə qədər azalıb

Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, 2018-ci ildə 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb: “Bunun səbəbi yağıntıların miqdarının az olması və transsərhəd çaylarla ötürülən suyun miqdarının aşağı düşməsidir. Əvvəlki illərlə müqayisədə anbarımıza daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər