9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

“Mini LED” ekranlı və “5G” dəstəkli “Xiaomi” televizoru nümayiş olunub

“Xiaomi” şirkəti yeni nəsil qabaqcıl “Mi TV Master Extreme Edition” televizorunu rəsmən nümayiş etdirib. Premium model mütərəqqi “Mini LED” texnologiyası üzərində qurulan böyük “8K” ekranı ilə təchiz ediləcək. Beləliklə, şirkət “OLED” ilə müqayisədə görüntünün keyfiyyət və kontrastlığını xeyli artırmağa nail olub.

“Mini LED” displeylərinin qeyri-adiliyi onların konstruksiyasında “OLED” və “IPS” ekranları ilə müqayisədə daha yaxşı rəngvermə və kontrastlığı təmin edən xüsusi submillimetr işıq saçan diodlardan istifadənin nəzərdə tutulmasındadır. Bundan başqa, “Mini LED” ekranlar “OLED”dən 20-30 faiz az enerji sərf edir və daha geniş temperatur diapazonunda işləyir.

“Mi TV Master Extreme Commemorative Edition Xiaomi” televizorunun diaqonal ölçüsü açıqlanmasa da, onun “8K” təsvir ölçüsünü dəstəkləyəcəyi, eləcə də “Wi-Fi” və ya “Ethernet” qoşulması olmadan kontentin translyasiyası üçün “5G” modemlə təchiz ediləcəyi bildirilir.

Yeni televizorun təqdimatı sentyabrın 29-na planlaşdırılır.

Mənbə:İctnews
Son xəbərlər
Oxşar xəbərlər