-3 C
Baku
Sunday, December 15, 2024

“Mini” şirkəti benzin və dizel mühərriklərindən imtina edəcək

Yığcam şəhər avtomobilləri istehsalçısı olan Mini şirkəti yaxın 10 il ərzində benzin, dizel və hətta hibrid güc aqreqatlarından imtina etməyi planlaşdırır. Britaniya markası bütün avtomobillərini elektrik ötürməsinə keçirmək fikrindədir. Bu məlumatı Mini şirkətinin icraçı direktoru Piter Şvarzenbauer təsdiqləyib.

Auto Express” nəşrinə müsahibə verən Şvarzenbauer Avropanın iri şəhərlərinin avvtomobillərin ekoloji göstəricilərinə güclü şəkildə nəzarət etdiyini və ekoloji tələbləri getdikcə sərtləşdirdiklərini bildirib. Avropa bazarında mövqelərini itirməmək üçün, britaniya markası indidən zərərli tullantıların səviyyəsinin azaldılması üçün çalışmalara başlayıb. Bundan başqa, Mini şirkətinin nümayəndəsi özünün ilk elektrokarına olan marağın gözləniləndən yüksək olduğunu da qeyd edib.

Şvarzenbauer bunun onlar üçün gözlənilməz olduğunu və elektrikləşdirmənin şirkətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O,  elektrik ötürməsinə tam keçilməsinin 2030-cu ildən sonra baş verəcəyini də bildirib. Xatırladaq ki, 2040-cı ildə Böyük Britaniyada benzin və dizel mühərriki ilə təchiz edilmiş nəqliyyat vasitələrinin satışı qadağan ediləcəkdir.

Autograph.az

Son xəbərlər
Digər xəbərlər