Avrostat-ın göstəricilərinə görə, Avropada inkişaf edən iqtisadiyyatlar arasında son 20 ildə avro ifadəsilə ən çox minimum əmək haqqı artımı yaşayan ölkə Rumıniya olub. Son sırada isə Yunanıstan yer alır. Türkiyə isə Yunanıstandan sonra avro ifadəsilə ən az minimum əmək haqqı artımı yaşayan ölkə olub.
Həmin ölkələrin sıralaması aşağıdakı kimidir:
Ölkə |
Artım (faizlə) | 2001-ci ildə minimum əmək haqqı (avro ilə) | 2021-ci ildə minimum əmək haqqı (avro ilə) |
1) Rumıniya | 1026 | 41.42 | 466.72 |
2) Bolqarıstan | 722 | 40.42 | 332.34 |
3) Slovakiya | 522 | 100.15 | 623 |
4) Latviya | 476 | 86.75 | 500 |
5) Litva | 455 | 115.5 | 642 |
6) Albaniya | 363 | 52.8 | 244.56 |
7) Macarıstan | 215 | 150.94 | 476 |
8) Polşa | 213 | 197.41 | 619.46 |
9) İspaniya | 119 | 505.69 | 1 108.33 |
10) Portuqaliya | 99 | 389.89 | 775.83 |
11) Türkiyə | 54 | 224.17 | 346.62 |
12) Yunanıstan | 39 | 543.55 |
758.33 |
Banker.az-ın araşdırmasına əsasən, Azərbaycanda hal-hazırda minimum əmək haqqı 250 AZN-dir (128.21 avro), növbəti ilin yanvar ayından etibarən isə bu göstərici 300 AZN (153.9 avro) təşkil edəcək.