2 C
Baku
Saturday, December 14, 2024

Minimum əmək haqqından aşağı əmək haqqı vermək olar [bloq]

Azərbaycan Konstitutsiyanın tələblərinə görə, ölkədə minimum əmək haqqından aşağı əmək haqqı verilməsi qadağandır. Bu tələb bütov ştat vahidi üçün nəzərdə tutulur. Belə ki, digər qanunveriliyə, yəni yaşayış minimum haqqında qanuna əsasən minimum əmək haqqı yalnız fəhlə heyyəti üçün nəzərdə tutulub. Yəni ixtisaslı kadırlara bütöv ştat üzrə 180 manat əmək vermək qadağandır. Amma 0,5 ştat vahidi üzrə təyin etmək olar.

Misal-1: Zeynalovlar MMC -də Fuad adında 0.5 fəhlə işləyir. Həmin ştat üzrə, bütöv əmək haqqı 180 manatdır. Bu halda fəhləyə 90 manat əmək haqqı vermək olar.

Misal -2: Sabirabad MMC-də mühasib – operatorun bütöv maaşı 340 manatdır Həmin ştatda işləyən A. Həsənovanı 0,5 ştata keçirirlər. Bu halda ona 170 manat əmək haqqı veriləcək. Göründüyü kimi minimum əmək haqqı bütov ştat üçün nəzərdə tutulub. 180 manatdan da, aşağı əmək haqqı vermək olar.

İqtisadçı-ekspert,
Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər