6 C
Baku
Sunday, December 15, 2024

Minimum əməkhaqqı anlayışına dəyişikilik təklif edilir

Ölkədə minimum əmək haqqı anlayışına dəyişikilik edilməsi təklif olunur. Əmək məcəlləsinə dəyişikliyin edilməsi təklifi Həmkarlar İttifaqları Konfederasiyası və digər sosial qurumlar tərəfindən irəli sürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev “Hesab vaxtı”na açıqlamasında məlumat verib. O, irəli sürülən təkliflərin təfərrüatlarını açıqlayıb.

İdris İsayev bildirib ki, minimum aylıq əmək haqqının hesablanması zamanı nəinki işçinin özünün, eyni zamanda onun ailəsinin də minimum tələbatları da nəzərə alınmalıdır.
Bu sahədə maliyyə hesablamaları aparıldıqdan, beynəlxalq təşkilatların təcrübəsi öyrənildikdən sonra təklif haqqında müəyyən addımlar atılacaq. O xatırlatdı ki, son 10 ildə artım tendensiyası əsasında əmək haqqları 16 dəfə artırılıb.

Anspress

Son xəbərlər
Digər xəbərlər