13 C
Baku
Friday, November 22, 2024

“Minimum əməkhaqqı artdıqca, təqaüdün məbləği də artacaq” – Anar Əliyev

Təqaüd xərclərinin optimallaşması bizə hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına imkan yaradacaq. Peşə hazırlığına cəlb olunanlara əməkhaqqı deyil, təqaüd ödənilir. Eyni zamanda onların nəqliyyat xərcləri İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına konpensasiya olunur”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Nazir müavini bildirib ki, təqaüdün məbləğinin yenə də aylıq minimum əməkhaqqının məbləği ilə bağlantısı saxlanılacaq:

“Növbəti dövrdə minimum əməkhaqqı artdıqca, təqaüdün məbləği də artacaq. Peşə hazırlığına cəlb oluna şəxs əvvəlcədən bilməlidir ki, harada işləyəcək. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədilə proqrama daxil olmanı stimullaşdırmamalıdır”.

Son xəbərlər
Digər xəbərlər