Minimum aylıq əməkhaqqı 39% artırıldı – SƏRƏNCAM!

Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə Prezidentinin sərəncam imzalayıb.

“Minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin” – deyə, sərəncamda deyilir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll edilməsi tapşırılıb.

Qeyd edək ki, ötən il yanvarın 1-dən 130 manat müəyyən edilmişdi.