12 C
Baku
Wednesday, December 11, 2024

Minlərlə bəxtəvər “Kontakt Home”dan arzuladıqları məhsulu pulsuz aparıb – SƏN DƏ ŞANSINI YOXLA

®Azərbaycanın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan “Kontakt” “sevindirir” şüarına sadiq qalaraq minlərlə insanın Yeni İl arzularını reallığa çevirib.

Belə ki, fürsətlərlə zəngin, ən çox qazandıran yarışmalardan olan möhtəşəm “Şeş-Qoşa” kampaniyasında bəxti şeş gətirənlər ən son model smartfondan-geniş ekranlı televizora, kiçik aksesuarlardan-böyük yataq dəstlərinə qədər 30.000 çeşiddə geniş məhsul seçimindən arzuladığını alıb, zər atıb qalib olublar. 

Şanslı “Şeş-Qoşa” qaliblərinin bir qisminin sevinc dolu təəssüratlarını sizinlə bölüşmək istərdik: 

Adil Əhmədov/ iPhone 13 Pro 512 GB: “Şokdayam düzü. Hələ də həmin təsirdən çıxa bilməmişəm. Özümü Yeni İl öncəsi sevindirmək üçün telefon almaq istədim. Elə oldu ki, “Kontakt” məni sevindirdi. Nə az, nə çox, 4000 manatlıq iPhone mənə pulsuz başa gəldi. Bunu da demək istəyirəm ki, mağaza personalı super idi. Əsl dost kimi mənimlə birlikdə sevindilər. Bütün mağaza heyyətinə, satıcıdan tutmuş rəhbərliyə qədər hamıya təşəkkür edirəm”. 

Fərhad Əhmədov/ 165 sm ekranlı LG televizoru: “Bu yaxınlarda toyum olacaq. O televizor elə bil bizim ailəmizə toy hədiyyəsi oldu. Üstəlik soundbar ilə birlikdə. Hələ bacım oğlu da zər atıb, pulsuz Mi Band udub. “Kontakt” bu bayram ailəlikcə bizi sevindirib”.


Samirə Quliyeva/ Soba, aspiratorplitə: ““Kontakt”ın çoxdankı müştərisiyəm. Bir gün qazanacağıma inanırdım. Axır ki, bəxt mənim də üzümə güldü. Özü də düz iki dəfə. Bir dəfə 18, sonra isə 20 dekabrda mağazaya gedib “Şeş-Qoşa” atdım. Şükürlər olsun rəbbim mənə bu xoş hissləri yaşatdı.”. 

İlkin Cəfərov/ iPhone 13 Pro 256 GB: “Nə deyim vallah. Ürəkdən sevindim. Heç ümid eləmirdim ki pulsuz iPhone almaq olar. Amma “Şeş-Qoşa” düşdü apardım. Çox razıyam”. 

Zəhra Mirzalıyeva/ 4000 manatlıq yataq dəsti: “Ailəmizdə çoxdandır belə sevinc olmamışdı. Yuxu kimi gəlir hələ də mənə. Doğurdan da mebel dəstini pulsuz aparmaq mənim üçün ən böyük bayram hədiyyəsi oldu”.

Siz də xəyallarınızdakı məhsula 1 qəpik belə ödəmədən sahib olmaq istəyirsinizsə, onda “Kontakt” mağazalarına tələsin. Çünki “Şeş-Qoşa” kampaniyasının bitməsinə artıq sayılı günlər qalıb. Yalnız yanvarın 16-dək bütün “Kontakt Home”, “Kontakt Smart” və “Kontakt Mebel” mağazalarına yaxınlaşaraq, eyni zamanda kontakt.az saytından onlayn məhsul sifariş etməklə qazandıran “Şeş-Qoşa” kampaniyasında iştirak edə bilərsiniz. 

Ətraflı məlumat almaq üçün kontakt.az saytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Həmçinin, sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən etməyiniz mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər