Texnologiyalar əsrində yaşayan insanlar vaxtlarının bir çox hissəsini internetdə, sosial şəbəkələrdə, mobil oyunlarla və digər virtual mühitlərdə keçirirlər. Əlbətdə ki, texnologiyanın inkişaf etdiyi bir zamanda bunlar bizim həyatımızın ayrılmaz hissəsi olmuşdur, lakin çox zaman buna görə övladlarımıza yetərincə zaman ayıra bilmirik.
20 illiyini qeyd edən “Bank of Baku”, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə genişmiqyaslı sosial aksiya həyata keçirib. “Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq!” şüarı altında baş tutan aksiya Azərbaycanın 3 şəhərində- Bakı, Gəncə və Sumqayıtda keçirilib. Aksiyanın məqsədi 1 iyun tarixində uşaqlara oynamaq və əylənmək üçün şərait yaratmaqla bərabər, həm də valideynləri asudə vaxtlarını daha çox övladları ilə keçirməyə sövq etmək olub.
Minlərlə uşağın qatıldığı tədbirdə iştirak tam sərbəst və ödənişsiz olmuşdur və tam olaraq “Bank of Baku” ASC-nin maliyyə dəstəyi ilə keçirilmişdir. Şəhərlərin əsas meydan və parklarında uşaqlar üçün xüsusi “Nağıllar şəhərcikləri” quraşdırılmışdı. Burada uşaqlar bencamin şou, inanılmaz fokuslar,sabun köpüyü şousu,lego oyunlarda iştirak edib, həmçinin kloun, sehrbaz və jonqlyorun çıxışlarına maraqla seyr ediblər, müxtəlif oyunlara qatılıblar. ”Bank of Baku”-nun sosial aksiyası uşaqlarda böyük maraqla qarşılanıb.Əyləncə zamanı uşaqlara xüsusi hazırlanmış hədiyyələr və şarlar paylanılmışdır. Aksiyaya qatılan uşaqlar bir neçə saat ərzində şən və yaddaqalan vaxt keçiriblər. Bakı, Gəncə və Sumqaytın kiçik sakinləri aksiyadan böyük sevinc və məmnunluq hissi ilə ayrılıblar.
1 iyun tədbiri “Bank of Baku”-nun 2014-cü il üçün nəzərdə tutulmuş korporativ sosial məsuliyyət tədbirləri silsiləsində planlaşdırılmış bir aksiyasıdır və bank bu cür xeyriyyə aksiyalarını davam etdirmək niyyətindədir.