25 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Screen Shot 2021 09 02 at 14.34.20

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsindən bildirilib ki, iclas mayın 28-də Minskdə baş tutacaq.

İclas iştirakçıları infeksion xəstəliklərin yayılmasının qarşısının alınması üzrə tədbirləri, MDB ölkələri ərazilərinin sanitar mühafizəsi sahəsində və Birlik dövlətlərinin əhalisinin məşğulluğuna kömək sferasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Saxta əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə hallarının qarşısının alınması və onların aradan qaldırılması, dabaq xəstəliyinin profilaktikası və onunla mübarizə, həmçinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlaşdırılması sahəsində qarşılıqlı fəaliyyət məsələlərində əməkdaşlığı reqlamentləşdirən sənədlərin imzalanması da planlaşdırılır.

İclasda Dövlət maddi ehtiyatlarının idarə edilməsini həyata keçirən dövlət (icra) hakimiyyəti orqanlarının Əməkdaşlıq Konsepsiyası təsdiqlənəcək, silahlı qüvvələrin zabitlərinin operativ-strateji hazırlığı sahəsində baza təşkilatı və kadr təyinatı barədə qərarlar imzalanacaq.

Bundan başqa, hökumət başçıları MDB orqanlarının fəaliyyətinə dair bir sıra kadr qərarlarını, o cümlədən İcraiyyə Komitəsi sədrinin– təşkilatın icraçı katibinin müavinlərinin və MDB-nin Statistika Komitəsi sədrinin vəzifəyə təyin olunmaları barədə qərarlar qəbul edəcəklər.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası 2020-ci ilin noyabrında videokonfrans formatında təşkil olunub.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər