18 C
Baku
Wednesday, April 17, 2024

MİQ üçün sənəd qəbulu başa çatıb

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçiblər.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər