Bu il müəllimlərin işə qəbulu üzrə 10 minə yaxın vakansiyanın elan edilməsini planlaşdırırıq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bəlkə də bir az artıq ola bilər:
“8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək. İbtidai sinif müəllimləri istisna olmaqla digər ixtisas müəllimləri bir seansda imtahan verə biləcəklər”.