Miqrasiya orqanlarında rəhbər vəzifəyə təyin olunan şəxslər daimi qulluğa qəbul ediləcəklər.
Bu, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra “elmi dərəcə”) olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul edilirlər.
Qeyd edək ki, sözügedən sənədin hazırkı variantı isə belədir:
“Miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra “elmi dərəcə”) olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda sınaq müddəti müəyyən edilmir”.