13 C
Baku
Friday, November 22, 2024

“Mir” kartları bütün Venesuelada qəbul olunmağa başlayıb

Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto bildirib ki, ölkədə ödəniş məntəqələrinin təxminən 36%-i Rusiyanın “Mir” sistemindən olan kartları qəbul edir. O qeyd edib ki, “Mir” sistemi artıq bütün Venesuelada işləyir.

Cənab Pinto bu mövzunu dünən, noyabrın 16-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirdiyi brifinqdə qaldırıb. Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Venesuelanın Marqarita adasında satış məntəqələrinin 100%-i “Mir” kartlarını qəbul edir.

“Mir” kartları iyun ayından Venesuelada ticarət və xidmət müəssisələrinin terminallarında qəbul olunmağa başlayıb. İyul ayında Marqarita adasında “Mir” kartlarının qəbuluna başlanılıb. Oktyabr ayında Rusiya baş nazirinin müavini Aleksandr Novak demişdi ki, Venesuelada “Mir” kartlarından yalnız yerli Mərkəzi Bankın terminalları vasitəsilə istifadə etmək olar. Bu həftə məlum olub ki, “Mir” kart operatoru Rusiya bankları tərəfindən xaricdə ödənişlərin qəbulunu təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər